AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbildə AİP-in mərhum sədrinin anım mərasimi keçiriləcək

Ərdəbildə Azərbaycan Respublikası İslam Partiyasının mərhum sədri Hacı Əlikram Əliyevin vəfatının 7-ci ildönümü münasibətilə mərasim keçiriləcək.

Qafqaz Mədəniyyət Mərkəzi – Azərbaycan İslam Partiyasının mərhum rəhbərinin yeddinci ildünümü mərasimi Ərdəbilin Şiəlik Beşiyi Müəssisəsi və Qafqaz Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 19 mart, saat 11:30-da Müsəllada keçiriləcək. Mərasimdə Xaricə Yayım radio şəbəkəsinin müdiri doktor Qazidehi çıxış edəcək.

Azərbaycan İslam Partiyasının mərhum sədri və şiə fəalı Hacı Əlikram Əliyev Nardaran şəhərində dünyaya göz açmışdır. Onun fəaliyyətləri İslam İnqilabının qələbəsindən və İmam Xomeynidən (r) təsirlənmişdir. 71 il ömür sürmüş Hacı Əlikram müsbət rəhbər, İslam xidmətçisi, İmam Xomeyninin (r) təfəkkürünü Qafqaz və Azərbaycan Respublikasına çatdıran bir şəxsiyyət kimi tanınmışdır.

Hacı Əlikram Əliyev 17 mart 2011-ci ildə Nardaran qəsəbəsindəki evində dünyasını dəyişib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button