ArxivQadin və hicabXəbər lentiXəbərlər

Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində beynəlxalq seminar keçirilib – FOTO

Tədbirə, Gürcüstan təmsilçilərilə yanaşı İran, Türkiyə və Azərbaycandan gələn qonaqlar qatılıblar
qafqaz.ir “Ahlibeyt.ge” saytına istinadən xəbər verir ki, dünən Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində Əhli-beyt (ə) cəmiyyəti və Türkiyə Kövsər yayıncılığ evinin birgə təşkilatçılığı ilə Hz. Fatimənin (s.ə) təvəllüdü münasibəti ilə “Nümunəvi ailə” adlı elmi seminar keçirilib.
Emilya Səfərovanın aparıcılığı ilə baş tutan Elmi seminar Kərbəlayi Lamidənin Quran tilavəti ilə açıq elan olunub.
Seminarda ilk öncə çıxış edən Əhli-beyt (ə) cəmiyyətinin və “Al-Mustafa (s)” beynəlxalq universitetinin müəlliməsi kərbəlayi Esmira xanım ailə daxilində baş verən narazılıqlardan və onun həll yollarından danışıb.
Sonra Türkiyə Kövsər yayıncılığ evindən təşrif gətirmiş ilahiyyatçı, yazar Səma Ərdoğan İslamda nümunəvi ailə meyarı haqqında çıxış edib.
Daha sonra geniş ailələrdə ailə daxili münasibətlər mövzusunda Azərbaycan Respublikasindan təşrif buyurmuş İlahiyyatçı, yazar Yeganə Salamzadə, daha sonra İran İslam Respublikasından qonaq olan Al-Mustafa (s) Beynalxalq universitetinin müəlliməsi Məryəm Zairii Hz. Fatimə (s.ə) haqqında çıcışlar ediblər.
Nümunəvi ailə seminarının davamında Azərbaycan Respublikasindan təşrif buyurmuş İlahiyyatçı, tərcüməçi Məlahət Hüseynova müasir ailənin islam qaydaları ilə müqayisəsi mövzusunda danışıb.
BGMİ-nin nəzdində fəaliyyət göstərən qadınlar icmasının üzvü Günay xanım ailədə hökm sürən qaydaların övlad tərbiyəsinə təsiri mövzusuna toxunub.
Seminar dua və ziyafət süfrəsi ilə yekunlaşıb.
Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində beynəlxalq seminar keçirilib – FOTO

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button