ArxivNardaranXəbər lentiXəbərlər

Tale Bağırzadə Cenevrədə anıldı-VİDEO

Bu barədə hüquq müdafiəçisi Anar Məmmədli sosial şəbəkədə məlumat verib.

Vetenugrunda.az məlumat olduğu kimi təqdim edir: “Bu gün Cenevrədə keçirilən İnsan Hüquqları və Demokratiya uğrunda sammit çərçivəsində UN Watch təşkilatı dünyanın dörd bir yanında həbsdə olan siyasi məhbusların foto sərgisini təşkil edib. Sərgidə Azərbaycanda həbsdə olan siyasi məhbuslardan Taleh Bağırzadənin də fotosu vardı”.

Qeyd edək ki, Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün Taleh Bağırzadə ilə yanaşı, daha 16 nəfər saxlanılıb. Ümumiyyətlə, Nardaran əməliyyatından sonra 200-ə yaxın adam həbs olunub.

Taleh Bağırzadə və digər həbs olunanlar onlara verilən qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s. cinayətlərdə ittiham olunublar.

T.Bağırzadə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən Nardaran-1 məhkəmə işində ittiham edilən 12 nəfərdən biri olub. Məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Fevralın 13-də Qaradağ Rayon Məhkəməsində şərlənərək həbs edilən Müsəlman Birliyi Hərəkatının lideri ilahiyyatçı alim Tale Bağırzadənin növbəti məhkəmə prosesi baş tutub. Bu dəfə CM-nin 317-2.1 (həbsdə saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşıması və ya istifadəsi) maddəsi ilə təqsirli bilinərək ilahiyyatçıya 5 ay həbs cəzası verilib.

İttihama görə, Qobustan həbsxanasında T.Bağırzadədən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib.

T.Bağırzadə özünü təqsirli bilməyib. Çünki bu kartların qadağan olunması haqqında məhbusu öncədən məlumatlandırmayıblar və qanunvericilikdə “microSD” tipli yaddaş kartlarının məhbusların istifadə etməsinə qadağa qoyulması ilə bağlı konkret maddə yoxdur.

Anar Mammadli adlı şəxsin şəkli.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button