ArxivXəbər lentiXəbərlər

“İrana qarşı müharibə xeyirlə şərin sonuncu qarşıdurması olacaq” – Maksim Şevçenkodan ilginc açıqlama

Rusiyalı tanınmış politoloq, jurnalist Maksim Şevçenko son günlər dünya gündəmində ABŞ-İsrail cütlüyü ilə İran arasında ehtimal olunan müharibə bağlı maraqlı fikirlər səsləndirib. İslaminSesi tanımış politoloqun videoformatda olan çıxışının stenoqramını oxucularına təqdim edir.

“Sizinlə müharibə haqqında danışmaq istəyirəm. Həddindən artıq vacib bir müharibə haqqında. İranla müharibə barədə danışmaq istəyirəm. Bəzilərinə qeyri-real gələ bilər bu müharibə. Axı necə ola bilər ki, yüksək inkişaf etmiş və 100 milyona yaxın əhalisi olan ölkəyə hücum reallaşdırılsın?! Bu gün ancaq toqquşmalar var. Gah İran İsrailin pilotsuz aparatlarını, gah da İsrail İranın pilotsuz aparatlarını vurur. Demək olar ki, defakto toqquşmalar gedir. Eyni vəziyyət Səudiyyə ilə də  davam edir. Yəməndə Husilər Riyadı vurur, səudlar Yəməni bombalayır və oranı işğal edib. Hələ bunun üstündən ABŞ-ın hədələrini də gəlsək mənzərə nə qədər dəyişmiş olacaq. Bunu dinləyənlərin əksəriyyəti deyir ki, bunlar hamısı boş şeylərdir. Bu belə də davam edəcək, sonra dil tapacaqlar. Real olaraq kim müharibə edər ki?!… Yaxşı İraqı baş düşdük. Orada qorxunc bığları ilə Səddam var idi, onun kimyəvi silahı var idi. (daha sonra onun da yalan olduğu məlum oldu)

Amma İranla müharibə ağlabatan deyil. Bəli orada molla hökumətidir. Ayətullahlar var. Amma bütün bunlar İranla müharibə etmək üçün kifayət qədər əsaslı dəlil deyil. Absurd dediyiniz bu məsələ artıq reallaşmaqdadır. ABŞ, Səudiyyə və İsrail və onların əlbuyruqçuları İranla müharibə edəcəklər. Lakin İranla müharibə etməzdən öncə onun müttəfiqləri ilə etmək lazımdır. Biz imperalizmin caynaqlarını görmüşük. Onlar əvvəl cırmaqlayırlar, sonra isə caynaqlarını keçirdikdən sonra məhv edirlər. Deməli mümkündür. Deməli müttəfiqi vura biliriksə, İranı da vurmaq olar. Bombalamaq olar. Bu isə real bir müharibənin başlaması deməkdir.

 Bir anlıq bunu təsəvvür edin. Axı siz orada olmamısınız. Bu gün İranla Rusiyanın arasında vizasız gediş gəlişdir. Oralar dağılmamış gedin möhtəşəm İsfahanı, nağıllara bənzəyən Məşhədi və heyrətamiz Şirazı görün. Oralar İsrail və Səud barbarları tərəfindən xarabalığa çevrilməmiş gedib oralara baş çəkin. Onlarda(imperalistlərdə) dayanmaq əyləci yoxdu. Onlar ətin və yanmış insan cəsədlərnin təşnəsi ilə alışıb yanırlar. İrana gedin baş çəkin ki, bu bizə oranı işğaldan qorumağa qüvvət verər. Təbii ki, İranın öz daxilində diskusiyyalra və ziddiyyətlər var. Bu tamamilə təbii haldır. Demək bu cəmiyyətdə diskussiya var, müzakirələrə gedir. Bu o deməkdir ki, o cəmiyyətdə inanclılarla inancsızlar, radikallar və tolerantlar arasında fikir dözümlülüyü var.

O hökumətdə fikir vahidliyi var. İstər sünni olsun, istər şiə onlar üçün bunun qətiyyən fərqi yoxdur. İran dünyada yeganə müstəqil İslam Respublikasıdır. Hətta Türkiyə islam ölkəsi olmağına baxmayaraq NATO-nun üzvüdür. Yalnız İran heç bir hərbi birliyə üzv deyil. Yalnız İran antiimperalist cəbhədə yer alır. Yalnız İran böyük şeytanı da, kiçik şeytanı da lənətləyərək qovur. Yalnız İran insan azadlığının cəbhəsində vuruşur. Yalnız İran bütün dinlərin üzvlərinə-xristianına da, yəhudisinə də müsəlmanında öz hüququnu verir. Mən əminəm ki, sabah İranda müharibə başlasa bu beynəlxalq bir müharibəyə çevriləcəkdir.

Orada artıq Qərb sünni ilə şiənin arasında parçalanma sala bilməyəcək. Sünninin kürəyinin arxasında gizlənib İraqda və ya Yaxın Şərqin müxtəlif yerlərində çıxardığı oyunları çıxarda bilməyəcək. İran müharibəsi Qafqazda, Kiçik Asiyadakı vəziyyəti kökündən dəyişəcək. Bu müharibə bütün dünyanı tamamilə dəyişdirə bilər. Amerika qorxur. Qorxur ki, bu müharibəni etməyə dəyər ya yox. Ekspertlər də parçalanıb. Bir hissəsi deyir ki, hə ordu zəifdir, Ayətullah hökuməti çökəcək, digər cəbhə isə müharibədən çəkindirir. Amma sizi inandırım ki, bombanın bircəciyi o qədim şəhərlərdən birinə düşməyi kifayətdir ki, bütün İran vahid cəbhədə birləşəcək.

Bütün mübahisələrini və müzakirələrini müharibədən sonraya saxlayacaqlar. Mən düşünürəm ki, İrana qarşı müharibə bütün azad bəşəriyyətə qarşıdır. İranla eyni cəbhədə olmaq İblisə qarşı çıxmaqdır. O iblis ki, bir əlində siqarı, bir əlində raketi və bir əlində pul kisəsi hücum edir. Bu sanki əzilmiş insanları müdafiə edən Sovet ittifaqının müdafiə etməyə bənzəyir. Hər halda ümid edirəm ki, müharibədən yayınacaqlar. Amma hər halda müharibə ehtimalı reallaşarsa (necə ki, 1941-ci ildə bizim başımıza gəldi, halbuki biz qətiyyən müharibə istəmirdik) düşünürəm ki, bu Şərə qarşı olacaq sonuncu müharibə olacaqdır. Bu qlobal faşizmə qarşı sonuncu müharibə olacaqdır. Biz də onda iştirak etməli olacayıq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button