ArxivXəbər lentiXəbərlər

Əjdər bəy məscidində İ.Əliyev üçün təbliğat etirazla üzləşib

Bakının Əjdər bəy məsdicinin imamı, məscidlərin imamlarının Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşü və həmin görüşdə onun imamları xalqı qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırmalarına dair göstərişini xatırladıb.

Bakının Əjdər bəy məscidində ötən cümə namazında xətibin İlham Əliyev üçün seçki təbliğatı namazqılanların etirazına səbəb olub.

Azadlıq qəzetinin intenet portalının dərc etdiyi yazıda bildirilir ki, Əjdər bəy məscidinin imamı ilk öncə cümə namazının fəzilətləri və məscidə girmək adabını açıqlayıb və sonra prezident seçkiləri mövzusuna keçərək, məscidlərin imamlarının Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşü və həmin görüşdə onun imamları xalqı qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırmalarına dair göstərişini xatırladıb. Əjdər bəy məscidinin imamı bunu söyləməklə keçəcəyi mövzunun onun öz seçimi olmadığını, şeyx Allahşukür Paşazadənin əmrini yerinə yetirmək olduğunu bildirmək istəyib. O sonra namaz qılanları dolayısı ilə İlham Əliyevə səs verməyə çağıraraq deyib: Siz bu məscidləri inşa etdirən və təmir etdirəni, məscidlərdən azanın səsinin ucalmasına şərait yaradanı, ölkə ərazisini işğaldan azad edəni, məişətimizi yaxşılaşdıranı dəstəkləməlisiniz, bu sizin vəzifənizdir. Azadlıq qəzetinə görə məscidin imamının bu sözləri namaz qılanların xoşuna gəlmir və bir nəfər deyir: ” Bunları Allah edir”. Başqa birisi dinin siyasətə müdaxiləsinə etiraz edərək deyir: İnsanların emosiyaları ilə işiniz olmasın! və bəziləri də artıq bu məscidə getməyəcəklərini bildiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button