ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanda Həzrət-Fatimənin (s.ə) şəhadəti günündə əzadarlıq

Azərbaycan Respublikasında Əhli-Beyt (ə) aşiqləri ötən gecədən məscidlərdə Həzrət Fatimə-Zəhranın (s.ə) şəhadəti qəmində əzadarlıq edərək paklıq aynası və ismət simvoluna sevginin gözəl cilvələrini əks etdiriblər.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, bu münasibətlə Əhli-Beyt (ə) aşiqləri məscidlər və hüseyniyyələrdə əzadarlıq dəstələri təşkil edərək peyğəmbərin qızı, imamətin anası və əmirəlmömininin həyat yoldaşına öz sevgilərini bəyan edirlər.

Bu mərasimlərdə natiqlər də Quran-Kərim ayələri və nəbəvi hədislərinə istinadla Həzrət Fatimə-Zəhranın əxlaqi fəzilərilərini bəyan edir və behişt qadınlarının sərvəri Həzrət Fatimə-Zəhranın (s.ə) yolunu vurğulayırlar.

Bakı və Azərbaycanın rayonlarında məscidlərdə bu mərasimlərdə yeniyetmələr və gənclərin iştirakı ötən illərlə müqayisədə diqqəti cəlb edəcək dərəcədə artmışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button