ArxivXəbər lentiXəbərlər

Petrosyan haqlı çıxdı: İrəvan məhvə yaxınlaşır

Ana səhifə Planet 12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın borcları sürətlə artır, əhalinin rifahı isə azalır.
qafqaz.ir Axar.az-in  xəbər verir ki, bu sözlər erməni jurnalist Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb.
“Bu ilin yanvarında Ermənistanın xarici borcu 123,5 milyon dollar artıb və 6,898 milyard dollara çatıb. Serj Sərkisyanın 10 illik hakimiyyəti dönəmində ölkənin xarici borcu 2 milyarddan 7 milyarda qədər artıb. Borcun bu qədər qəfil artması Karen Karapetyanın baş nazirliyi dönəmində xüsusilə daha böyük vüsət alıb. Keçən illər ərzində Ermənistan əhalisinin borcu artıb, əvəzində isə rifah səviyyəsi azalıb. Bunu müəyyənləşdirmək üçün bizim yardımımıza Dünya Bankının ekspert hesabatları çatır. 2008-ci ildə Ermənistanda ümumdaxili məhsulun adam başına düşən payı 4010 dollar idisə, 2016-cı ildə bu 3614 dollar olub. Mütəxəssislərin fikrincə, bu iqtisadi artım tempi ilə Ermənistan hətta 2019-cu ildə də 9 il əvvəlki səviyyəyə çata bilməyəcək.
Hökumətin götürdüyü borcları doğru istifadə etdiyini desək, qeyri-adekvat olar. Digər tərəfdən Ermənistandan hər il qeyri-qanuni yollarla 900 milyon dollar çıxarılır. Nəticədə qapalı korrupsiya zənciri yaranır. Ölkə böyük borcun altında qalır, korrupsiyaya bulaşmış məmurlar isə büdcənin istismarı və kreditlər hesabına toplanmış pullarını qorunan yerlərə köçürürlər. 7,7%-lik iqtisadi artım keyfiyyətli nəticələrə gətirib çıxarmır. Ölkənin ümumdaxili məhsulu 10 milyard dollar təşkil edir və bu kontekstdə elan olunan iqtisadi artımda iqtisadiyyat illik yalnız 700-800 milyon dollar artır. Bu isə xarici borcun ödənilməsini imkansız edir. Məsələn, 2020-ci ildə indiki hesablamalara əsasən 736 milyon dollar borc qapadılmalıdır. Yaranmış belə situasiyaya görə hökumət vergi siyasətinin sərtləşdirilməsinə gedir. Aydındır ki, dekabrda Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklər effektiv iqtisadi siyasət əvəzinə daha çox xarici borcun ödənilməsinə xidmət edir. 2016-cı ilin sonunda birinci prezident Levon Ter-Petrosyan defoltun ola bilmə imkanlarından bəhs etdi. Hökumət nümayəndələri aktiv şəkildə birinci prezidentə etiraz edirdilər, amma həyat göstərir ki, birinci prezidentin proqnozu əsassız deyil”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button