ArxivIslamXəbər lentiXəbərlər

QMİ-də Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar tədbir keçirilib

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu gün Məhəmməd Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhranın şəhadət gününə həsr olunmuş dini maarifləndirmə tədbiri keçirilib. FaktXəbər bildirir ki, tədbir “Qurani-Kərim”in oxuması ilə başlayıb.
qafqaz.ir faktxebere-a istinad xebere gore.Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək xanım Fatimeyi-Zəhranın şəhadət gününə həsr edilən tədbirlərin ənənəvi xarakter aldığını bildirib.
A.Paşazadə bildirib ki, hər il olduğu kimi bu ilə xanımın şəhadət günü qeyd olunur,  yad edilir. Fatimeyi-Zəhra qısa və mənalı ömrü ilə bütün zəmanələrin möminlərinə, gələcək nəsillərə ibrətamiz irs qoyub. Fatimeyi-Zəhra müsəlmanlar üçün möminlik və səbir, habelə ən gözəl mənəvi keyfiyyətlərin mücəssəməsidir.
QMİ sədri vurğulayıb ki, bu gün ölkəmizdə dövlət-din münasibətləri, məscid və ziyarətgahların təmir-bərpası, din xadimlərinə yaradılan şərait göz önündədir. Dindarlar da Azərbaycan vətəndaşları olaraq müstəqil dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirləri dəstəkləyir, Vətənimizin daha da qüdrətlənməsi, sabitliyin möhkəmləndirilməsi üçün çalışırlar.
Sonra QMİ sədrinin müavini Hacı Fuad Nurulla çıxış edərək xanım Zəhranın (s.ə) həyat yoluna nəzər salıb. Qeyd olunub ki, Fatimeyi-Zəhra (ə) İslam dinində ideal qadın və həyatda xoşbəxtliyi axtaran hər bir qadın üçün ən gözəl nümunə hesab olunur. “Zəhra” sözünün mənası “parlaq” deməkdir. Ərəb dilində qırmızıya çalan ağ (qızılı) işığa “zəhra” deyirlər. Xanım Zəhra atasında həm də analıq edib. Daima peyğəmbərin (s) hüzurunda olub. Fatimə (s.ə) əzəmət və dərəcədə elə bir uca zirvəyə çatıb ki, atası Rəsulullah (s) onun haqqında buyurub: “Həqiqətən, Allah Fatimənin razılığına razı olur və qəzəbinə qəzəblənir.”
Peyğəmbər (s) son həcc ziyarətində müsəlmanlara xitab edərək iki əmanətin olduğunu bildirib. Onlardan biri Quran digəri isə Əhlibeytdir. Müsəlmalara bu iki əmanətdən ayrı düşməməyi buyurmuşdur.
Daha sonra tədbirdə çıxış edən İranın Ali Dini Liderinin Azərbaycandakı nümayəndəsi seyid Əli Əkbər Ocaqnejad bu tarixi günlərin əhəmiyyətindən danışıb. Bildirib ki, Xanım Fatimə Peyğəmbərdən sonra yaşayan yeganə övladıdır.  “Qurani-Kərim”in bir çox ayələrində, xüsusilə “Əhzab” surəsinin 33-cü ayəsində Peyğəmbər ailəsinin və nəslinin kimlərdən ibarət olduğu qeyd edilir. Bu məsələyə Peyğəmbərdən nəql edilən hədislərdə daha çox yer verilib.
Qeyd edək ki, tədbirdə İranın Azərbaycandakı səfiri, ilahiyyatçı alimlər, ziyalılar, İslam Universitetinin tələbələri iştirak ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button