ArxivIslamXəbər lentiXəbərlər

Hacı Sərdar Hacıhəsənlinin məhkəməsindən REPORTAJ – FOTO

Bu gün Ali Məhkəmədə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayeti üzrə məhkəmə baş tutub.

Qafqaz.ir “Maide.Az”a istinadən xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdar Hacıhəsənli, vəkil Cavad Cavadov, həmçinin media nümayəndələri, ictimai-siyasi xadimlər iştirak edib.

Vəkil Cavad Cavadovun qaldırdığı vəsatətlərin heç biri məhkəmə tərəfindən təmin olunmayıb. Prosesdə Hacı Sərdar çıxış edərək günahsız olduğunu və həbsdə saxlanmasının hüquqa zidd olduğunu bildirib:“Həbs edildiyimdən bu günə qədər keçirilən bütün məhkəmə proseslərində vəkillərin tərəfindən verilən haqlı vəsatətlərin heç biri təmin edilməyib. İstintaq orqanından həbsimin səbəbini soruşduqda mənə dedilər ki, cümə namazı qıldığım və xütbə söylədiyimə görə həbs edilmişəm. Əvvəlkilər kimi bu məhkəmədən də xüsusi bir gözləntim yoxdur. Çünki, həbs edilməyimin səbəbini hələ də başa düşə bilmirəm. Gah cümə namazı, gah xütbə, gah da xaricdə oxuduğumu əsas gətiriblər. Yəqin ki, İslam əxlaqını deyil, ateistliyi, bütpərəstliyi yaxud əxlaqsızlığı təbliğ etsəydim bəlkə də məni həbs etməyəcəkdilər.”

Şeyx Sərdar Hacıhəsənli istintaq və məhkəmə proseslərinin hüquq normalarına uyğun aparılmadığını önə çəkərək:  “Təsəvvür edin məhkəmədə şahidlərin dediyi ilə istintaqa verdiyi ifadələr bir-birini təkzib edir. Ancaq məhkəmə bunu nəinki nəzərə almır, hətta şahidlərə istiqamət verməkdən belə çəkinmir”, -deyə əlavə edib.

Qeyd edək ki, Hakim Şeyx Sərdarın çıxışını yarımçıq kəsib.

Müşavirədən sonra hakim Şirvan Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə) üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button