Feb 13, 2018 admin Arxiv, Xəbər lenti, Xəbərlər 0
Zərdüşt Əlizadə: “Beynəlxalq aləmin demokratiya anlayışı əlbəttə ki, pul və maraqlar üzərində qurulub”
Məlum olduğu kimi Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalanıb. Beləliklə prezident seçkiləri aprel ayının 11-nə təyin edilib. Bundan sonra Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar seçkidə iştirar edib-etməməklə bağlı müzakirələrə başlayıblar. Yeni Azərbaycan Partiyası (YAP) artıq İlham Əliyevin namizədliyini irəli sürüb. Lakin “Milli Şura”, Müsavat və Ümid Partiyası, REAL Hərəkatı seçkini boykot edərək iştirakdan imtina ediblər.
Bəs görəsən siyasi partiyaların boykot qərarı nə ilə nəticələnəcək? Beynəlxalq təşkilatlar seçkinin legitimliyini tanıyacaqlarmı?
İslaminSesi mövzunu politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib. Politoloq bildirib ki, beynəlxalq aləmin nə deyəcəyi Azərbaycan hakimiyyətinin vecinə deyil: “ Hakimiyyət hesab edir ki, əgər pulu varsa və daxildə heç bir təhlükə yoxdursa, o zaman digər məsələlər əhəmiyyətsizdir. Təkcə Azərbaycan xalqından qorxurlar. Ona görə də, xalqı məlumatsız, cahil, öz yaxın tarixindən, iqtisadiyyatından, hüquqlarından bixəbər edirlər. Bu cahil kütlə ilə istədiklərini də həyata keçirirlər. Xalqın təşkilatlanmaması üçün isə müxalifəti məhv etməyə çalışırlar. Prinsipial, qətiyyətli müxalifəti məhv edib, əvəzində süni bir qüvvə yaradıb xalqa sırıyırlar. Bütün bunlara da nail olublar”.
Zərdüşt Əlizadənin sözlərinə görə, seçkidə adətən eynihüquqlu, eyniimkanlı və eyniqüvvətli insanlar iştirak edirlər: “Lakin hakimiyyət seçki ərəfəsi müddətdə müxalifəti məhv edib, maliyyə qaynaqlarını kəsib, informasiya mənbələrindən məhrum edib, fəal üzvlərini həbsə atıb. Belə olan halda normal seçkidən söhbət gedə bilməz. Bu sadəcə mənasız bir mərasimdir. Azərbaycan demokratiyası ölüb. Çünki heç bir insan hüquqları mövcud deyil və konstitusiyaya əməl edilmir”.
Politoloq qeyd edib ki, siyasi partiyaların seçkidən imtina etməsinin səbəbi, bunun bir nəticə verməyəcəyini bilmələridir: “Onların tərəfdarları, pulları, fərqli platformaları, konstitusiyanın təmin etdiyi hüquqları yoxdur. Buna görə də iştirakdan imtina edirlər. O ki, qaldı 3-4 nəfər şəxsin seçkidə iştiraka qərar verməsinə, bunlar formal xarakter daşıyır. Yəni prezident aparatının tapşırığı ilə həyata keçirilir”.
Zərdüşt Əlizadə əlavə edib ki, beynəlxalq aləm bu seçkinin legitimliyini tanıyacaq: “Çünki beynəlxalq aləmə Azərbaycanda keçiriləcək demokratik seçkilər lazım deyil. Ona görə ki, qərbin iqtisadi-siyasi maraqları Azərbaycan hakimiyyəti tərəfindən təmin edilir. Beynəlxalq aləmin demokratiya anlayışı əlbəttə ki, pul və maraqlar üzərində qurulub. Əgər bunu kimsə bilmirsə, o zaman çox acınacaqlı haldır. Ümumiyyətlə beynəlxalq və daxili siyasətdə hər şey maraqlar üzərində qurulub. Qərbin maraqları onu tələb edir ki, Azərbaycan hökuməti qərbin biznesinin, siyasətinin ölkəmizdə maneəsiz həyata keçirilməsinə zəmanət versin və şərait yaratsın. Azərbaycan hökuməti də müəyyən həddə qədər bunu təmin edir. Ona görə də, Qərb üçün Azərbaycandakı hakim zümrə çox münasibdir”.
Dec 09, 2018 0
Feb 18, 2019 0
Feb 18, 2019 0
Feb 18, 2019 0
Feb 18, 2019 0
Feb 18, 2019 0
Feb 18, 2019 0
Feb 18, 2019 0
Feb 18, 2019 0
Feb 17, 2019 0
Ruhullah Xomeyni (tam adı: Ruhullah Mustafavi Musəvi...Feb 16, 2019 0
AİP qanlı terror aktını kəskin pislədi Azərbaycan...Feb 16, 2019 0
22 Bəhmən yürüşündə İranın inqilabçı xalqı...Feb 16, 2019 0
Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus...Feb 15, 2019 0
Ailəsi Tale Bağırzadə ilə görüşüb, Hacı aclığı...Feb 17, 2019 0
Ruhullah Xomeyni (tam adı: Ruhullah Mustafavi Musəvi...Feb 12, 2019 0
Video Project 1zxxcFeb 12, 2019 0
Bismillahir-Rəhmanir-Rəhim Şərafətli, azad insanların...Jan 11, 2019 0
Yanvarın 11-də “Qarabağın Azadlığı Uğrunda...Nov 11, 2018 0
İmam Səccad (ə) kimdir? * – Diktatura mühitində...Feb 17, 2019 0
Ruhullah Xomeyni (tam adı: Ruhullah Mustafavi Musəvi Xomeyni) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. Ayətullah Xomeyni 1902-ci ildə sentyabr...Feb 16, 2019 0
AİP qanlı terror aktını kəskin pislədi Azərbaycan İslam Partiyasının Mətbuat Xidmətindən redaksiyamıza daxil olan bəyanatda deyilir: “İran İslam Respublikasının cənub şərqində yerləşən Sistan...Feb 16, 2019 0
22 Bəhmən yürüşündə İranın inqilabçı xalqı Azərbaycan Respublikasının islamçı məhbusları ilə həmrəylik nümayiş etdirməklə yanaşı, həbsxanalarda məhbuslara qarşı insanlığa sığmayan...Feb 15, 2019 0
Ailəsi Tale Bağırzadə ilə görüşüb, Hacı aclığı davam etdirdiyini bildirib. Leyla İsmayılzadə Azadlıq Radiosuna danışır ki, fevralın 12-də günortadan sonra həyat yoldaşıyla görüşə bilib....Jun 26, 2018 0
Dünya şöhrətli İran rejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” filmi iyunun 28-də Bakıda təqdim olunacaq. Dünya şöhrətli İran rejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın...Apr 23, 2017 0
Azərbaycan Respublikasında fars dilini öyrənənlər Bakıda bir konfrans keçirərək, tanınmış iranlı şair Sədi ilə bağlı günü qeyd ediblər. IRIB xəbər verir: Bu konfransda İranın Bakıdakı...Apr 23, 2017 0
Azərbaycanda boşanma tendensiyası ilbəil artmaqdadır. Hətta rəsmi rəqəmlər də bunu təsdiq edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon...Apr 17, 2017 0
Son illərdə məişət zorakılığının müxtəlif cinayət əməllərinin törədilməsi ilə nəticələndiyinin şahid oluruq. Məişət zorakılığı özünü öldürmə, özünü öldürmə həddinə...Feb 16, 2019 0
Azərbaycan artıq illərdir ki, ən çox siyasi məhbusu olan ölkələr sırasındadır. Hər il azadlığa çıxanların yerini yeniləri əvəz etdiyindən, say da, demək olar ki, dəyişmir. Lakin son zamanlar bir...Nov 16, 2016 0
Müsavat Partiyasının başqanı Arif Hacılının müsahibəsini təqdim edirik: -Köklü müxalifət partiyalarının birgə proyektləri artıq tarixin arxivinə gömülüb desək, yanılmarıq. Mən əsasən AXCP...Oct 09, 2016 0
“Məhərrəm ayı İslam dinində haram sayılan 4 aydan biridir. Yəni bu ayda müharibə etmək haram buyrulub. Lakin İmam Hüseyn (ə) dönəmində vəziyyət o yerə çatmışdır ki, Yezid kimi zalım bir...Sep 26, 2016 0
Milli Şuranın sədri Cəmil Həsənli səsvermə ilə bağlı ilkin təəssüratlarını AzadlıqRadiosu ilə bölüşüb. – Bizdə olan məlumata görə, Azərbaycan xalqı kütləvi şəkildə referenduma...