ArxivXəbər lentiXəbərlər

Naxçıvanda İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə tədbir keçirilib

Fevralın 12-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 39-cu ildönümü – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib

İslaminSesi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndirilib, “Qurani-Kərim”dən ayələr oxunub.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom çıxış edərək İran İslam Respublikasının 1979-cu ildən ötən dövrdə keçdiyi yoldan və ölkəsinin beynəlxalq əlaqələrinin inkişafı sahəsində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, bu gün İran və Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir. İran İslam Respublikası Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Həyata keçirilən qarşılıqlı səfərlərə diqqəti çəkən Baş konsul İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişin artmasını, iqtisadi-ticarət əlaqələrinin genişlənməsini səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dost və qardaş İran xalqının milli bayramı – İslam inqilabının 39-cu ildönümü münasibətilə qardaş İran xalqını təbrik edib, İran dövlətinə inkişaf və tərəqqi arzulayaraq deyib: Azərbaycan və İran xalqlarını qarşılıqlı mədəniyyət və ortaq dəyərlər birləşdirir. Bu amil hazırda ölkələrimiz arasındakı əlaqələrin inkişafı üçün geniş imkanlar açıb. Hər iki ölkə rəhbərinin səyi ilə dostluq və qardaşlıq əlaqələrimiz daha da inkişaf edir, faydalı əməkdaşlıq əlaqələri qurulur. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında enerji, təhsil, turizm, ticarət və nəqliyyat sahələrində səmərəli əməkdaşlıq mövcuddur. Həyata keçirilən qarşılıqlı rəsmi səfərlər, imzalanan sənədlər və əldə olunan razılıqlar əlaqələrimizin inkişafına öz töhfəsini verməkdədir.

Ali Məclisin Sədri hazırda ölkələrimiz arasındakı münasibətlərin davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib, səmimi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əminliklə çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “İran-Azərbaycan əlaqələrinin uğurlu inkişafı bizi çox sevindirir. Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və ümumi işimizə böyük töhfədir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button