ArxivXəbər lentiXəbərlər

SDMT: Növbədənkənar prezident seçkisi ərəfəsində demokratik şərait təmin olunmayıb

Seçki hüquqlarının müdafiəsi və yerli seçki müşahidəçiliyinin təşkili ilə bağlı fəaliyyət imkanlarını tükəndirib”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 11 aprel 2018-ci ildə növbədənkənar prezident seçkisinin təyin olunması ilə bağlı hüquqi-siyasi mühiti dəyərləndirərək, seçkinin vaxtından 6 ay öncə keçirilməsi barədə sərəncamın Azərbaycan Respublikası və Seçki Məcəlləsinə uyğun olaraq verilsə də, bu tədbirlərin seçkilərin dövriliyi və demokratik konstitusionalizm prinsiplərinə uyğun olmadığını müəyyən edib.
Bu barədə SMDT-nin fevralın 12-də yaydığı bəyanatda bildirilib.
qafqaz.ir  meydan.tv -a istinad xeber egore.Mərkəz hesab edir ki, hazırda arasında jurnalist, bloqer və siyasi partiya fəallarının olduğu 140 nəfərdən artıq siyasi məhbusun həbsi, ifadə azadlığını məhdudlaşdıran addımlar, o cümlədən 2017-ci ilin martından etibarən müstəqil TV və qəzetlərin veb səhifələrinin bloklanması və sosial media fəallarının kütləvi şəkildə təqib edilməsi növbədənkənar prezident seçkisi ərəfəsində demokratik şəraitin təmin olunmadığını göstərir:
“Bununla yanaşı vətəndaş cəmiyyəti və hüquq müdafiə təşkilatlarına qarşı 9 oktyabr 2013-cü il prezident seçkisindən sonra başlayan siyasi təzyiqlərin aradan qalxmaması hazırda vətəndaş cəmiyyəti təşkilatlarının seçicilərin maarifləndirilməsi, seçki hüquqlarının müdafiəsi və yerli seçki müşahidəçiliyinin təşkili ilə bağlı fəaliyyət imkanlarını tükəndirib”.
SMDT 2001-ci ildə təsis olunub. Ancaq 2008-ci ildə Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsi tərəfindən qeydiyyatı ləğv edilib.
Mərkəz 2001-2008-ci illərdə Azərbaycanda keçirilən referendum (24 avqust 2002-ci il), prezident (15 oktyabr 2003-cü il və 15 oktyabr 2008-ci il), bələdiyyə (17 dekabr 2004-cü il) və parlament (6 noyabr 2005-ci il) seçkilərini, o cümlədən əlavə və təkrar parlament seçkilərini müşahidə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button