ArxivXəbər lentiXəbərlər

“Bizi evdən çıxaranda atasının ilk götürdüyü Rasimin şəkli oldu” – Video

Bayıl yamacında əmələ gələn sürüşmə nəticəsində dağılan evlərin yaxınlığındakı mənzillərdə yaşayan sakinlər də əşyalarını çıxarmağa başlayıblar.
Həmkarımız, mərhum jurnalist Rasim Əliyevin ailəsi də illərdir sözügedən ərazidə yerləşən evlərdən birində yaşayırlar. Bir neçə gün qabaq baş vermiş torpaq uçqunu nəticəsində dağılan evlər onların evindən təxminən 100-150 metr yuxarıda yerləşir. Ərazidə başlayan köç karvanına qoşulan, əşyalarını toplamağa başlayan sakinlərə Rasimin ailəsi də qoşulub. Teyfurə xala ilk olaraq Rasimin əşyalarını geyimlərini qablaşdırır, hər biri haqqında ürək yanğısı ilə danışır. Deyir ərazidə sürüşmə ilə bağlı gəlib xəbərdarlıq edəndə, evdən çıxanda Rasimin atasının ilk götürüb apardığı Rasimin şəkli oldu.. Daha sonra Rasimin atası Məmmədəli dayı ilə yaranmış durumla bağlı söhbət etdik.
Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Bayıl yamacında, Bakı Televiziya Qülləsinin ətrafında torpaq qatında çatlar əmələ gəlib. Ərazidə sürüşməyə qarşı inşa edilmiş istinad divarları deformasiyaya məruz qalıb, sürüşmə ilə bağlı həmin ərazidə yaşayan sakinlər təxliyyə edilib, yerli əhaliyə ilk növbədə qazın və işığın verilməsi dayandırılıb. Sakinlərin sözlərinə görə, aidiyyatlı qurumlar qaz və işığın kəsilməsini təhlükəsizlik məqsədilə həyata keçirdiklərini deyiblər. Sakinlərdən bir qismi 163 nömrəli orta məktəbdə, 49 saylı məktəb-liseydə, digərləri isə yaxın qohumlarının evlərində məskunlaşdırılıblar. Fevralın 10-da saat 14:00-da Bayıl yamacında, təhlükəli ərazi elan edilmiş hissəsində — yuxarı tərəfdə torpaq uçqunu baş verib, nəticədə bir neçə ev dağılıb, işıq dirəkləri aşıb.
Xatırladaq ki, “Teleqüllə” sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb. Bayıl yamacında son sürüşmə təhlükəsinin 2011-ci ilin avqustunda yarandığı bildirilir. Azərbaycan Milli Elmlər Akademiyasının araşdırmalarına görə, Bakının Bayıl qəsəbəsində sürüşmə prosesləri XIX əsrin ortalarından başlayıb və 1847, 1877, 1919, 1927, 1929, 1932, 1953, 1968, 1969, 1973, 1974, 1996, 2000 və 2011-ci illərdə aktivləşib. 2000-ci ilin mart ayında baş vermiş sürüşmə eni 350 m, uzunluğu 450 m olan ərazini əhatə edib. Ümumilikdə, bu zaman baş vermiş sürüşmə nəticəsində 4,5-5,0 mln m3 həcmində olan kütlə sürüşmə prosesinə məruz qalıb. Nəticədə müxtəlif təyinatlı tikililər, kommunikasiya xətlərinə və əhaliyə küllü miqdarda ziyan dəydiyi qeyd olunur.
1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button