ArxivXəbər lentiXəbərlər

Gömrükdə İrandan qayıdanların müsibətləri davam edir

Fevralın 3-də, günün ikinci yarısında İrandan geri qayıdan bir neçə yüzdən çox Azərbaycan vətəndaşının Astara Gömrük Keçid Məntəqəsində 3 saatdan çox saxlandığı bildirilir.
Lənkəran rayonun Xarxatan kənd sakini Şakir Babayevin deməsinə görə, həmin vaxt hərəkət dayanıb:
“İrana getmişdik, qayıdırdıq. İran gömrüyündən çıxıb Azərbaycan gömrüyünə gəldik. Astara gömrüyünün buraxılış xəttində durmalı olduq. Aramızda xəstələr, yaşlı adamlar var idi. Mən özüm müalicədən gəlirdim. Belə hörmətsizlik olarmı? Heç olmasa desinlər ki, nə məsələdir. Təxminən 3 saatdan çox bizi saxladılar. Mən axşam oradan çıxanda gömrükdə, hələ də adamlar qalmışdı. Xahiş edirik bizim səsimizi lazım olan yerlərə çatdırın. Bir də belə hallar baş verməsin”.
Şakir Babayev deyir ki, gömrük xidməti yaxşı deyil:
“İrana gedəndə də bizi gömrükdə saatlarla saxladılar. İran gömrüyündə 15 dəqiqə çəkdi. Bizdə isə saatlarla vaxt itiririk. Bu xidmət deyil, biabırçılıqdır…”
Bu deyilənlərə, hələlik, Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb.
Amma Astara Gömrük İdarəsinin növbətçi hissəsindən bu barədə onlarda məlumat olmadığını söylədilər.
Adının çəkilməsini istəməyən bir nəzarətçinin deməsinə görə isə, bəzən vətəndaşın üzərində şübhəli predmetlər aşkarlanır
“Hər bir şəxsin fərdi yoxlanması vaxt aparır. Bəzən bu da növbəyə səbəb olur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button