ArxivXəbər lentiXəbərlər

Müsəlman Birliyi Hərəkatının 2 fəalı həbs edildi

Müsəlman Birliyi Hərəkatının üzvləri Samir Babayev və Mahir Quliyevə inzibati həbs cəzası verilib.
Bu barədə   Rakurs TV-  qafqaz.ir-a  məlumat verib. Məlumata görə, fevralın 3-ü yaşadığı Sabunçu rayonu üzrə 14-cü polis bölməsinə çağırılan Samir Babayev saxta narkotika ittihamı ilə saxlanılıb. Daha sonra Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 60 gün müddətinə azadlıqdan məhrum olunub. Yaxınları S. Babayevin uzun müddətdir ki, polislər tərəfindən həbslə təhdid edildiyini bildirib.
Maştağa qəsəbəsində yaşayan fəal bundan öncə də inzibati qaydada həbs olunub. 2017-ci il 5 oktyabr tarixində polisin qanuni əmrinə tabe olmamaq ittihamı ilə 30 sutka azadlıqdan məhrum edilib. S. Babayev apellyasiya məhkəməsidə ifadə verərkən polislər tərəfindən döyüldüyünü, bədəninə elektrik cərəyanı qoşulduğunu bildirib. Onun sözlərinə görə, döyülməsinə səbəb kimi mitinqlərdə iştirakı göstərilib.
Nardaran qəsəbə sakini Mahir Quliyev isə polisə tabesizlik maddəsiylə 30 sutka həbs cəzası alıb. Mahir Quliyev “Nardaran işi 1” üzrə həbs edilən və 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunan Abbas Quliyevin qardaşıdır.
Mahir Quliyev
Yaxınları hər iki fəalın ictimai fəaliyyətlərinə görə həbs edildiyini deyir.
Son aylarda Müsəlman Birliyi Hərəkatının bir neçə fəalı inzibati qaydada həbs cəzası alıb. Hərəkatın oktyabrın 6-da yoxa çıxan üzvü Əhsən Nuruzadə barəsində isə narkotik saxlama ittihamıyla 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Onun məhkəmə prosesi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Özü ittihamları qəbul etmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button