ArxivIslamXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət “ İB-in paytaxt üzvləri “Əyyami Fatimə”ni qeyd edir – Fotolar

Artıq iki gündür ki, “Əyyami Fatimə” başlayıb. Bununla bağlı paytaxt da daxil olmaqla, ölkənin bir çox regionlarında əzadarlıq məclisləri təşkil edilir. Hədəf14.az xəbər verir ki, həmin məclislərdən biri də “Maarifçiliyə Dəvət” İctimai Birliyin Bakı nümayəndələri tərəfindən həyata keçirilib. İcmanın sədri ilahiyyatçı haı Elçin Manafovun təşkilatçılığı ilə baş tutan əza məclisində xeyli sayda dindar iştirak edib. Hacı Elçin əzadarlara hz Fatimənin (ə) həyatından, fəzilətindən və İslam düşmənləri tərəfindən amansızcasına şəhadətə yetirilməsindən bəhs edib. Daha sonra ehsan çay süfrəsi və mərsiyələr deyilib, sinə vurulub. Sonda dualar edilib.

İcma sədri bu cür məclislərin paytaxt və regionlarda silsiləvi təşkil edəcəklərini deyib.  O, bildirib ki, əzadarlıq məclisləri hz Fatimənin (ə) müsibətindən, ona və bütün Əhlibeytə olunan haqsızlıqları, İslam düşmənlərinin etdiklərini insanlara çatdırmaq borcumuzdur. “Bu günlər çox fəzilətli günlərdir. Çalışıb əza məclislərində iştirak etmək, xanımın hörmətinə Allahdan bağışlanmaq cüçün dua və tövbə etmək lazımdır. Əmin olmaq lazımdır ki, Allah bağışlayan və rəhmlidir. Allah günahlarımızı bağışlasın, xanımn düşmənlərini bildiyi kimi etsin. Biz də icmamız adından başda imam Zaman (ə.f) olmaqla bütün Əhlibeyt sevərlərə baş sağlığı və səbr diləyirik”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button