ArxivXəbər lentiXəbərlər

Türkiyənin Suriyadakı müttəfiqi olan ASO-nun törətdiyi dəhşətli qətliamlar – Foto 18+

Onların ilk adı “Azad Suriya Ordusu” (ASO) idi. Türkiyənin “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatından sonra özlərinə “Milli Suriya Ordusu” da deməyə başladılar. Amma özəklərini təkfirçi birləşmələr təşkil edir. Özlərini ASO adlandıran bu qrup son 7 ildə Suriyada hansı cinayətlərə əl atıb?

 

Son 7 ildə Suriya dövlətini aradan aparmaq və onu yıxmaq üçün müxtəlif dövlətlər tərəfindən müxtəlif silahlı birləşmələr və təşkilatlar yaradılıb. Amerika tərəfindən təşkil edilən və dəstək verilən kürdlərin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri” və “Yeni Suriya Ordusu”, Səudiyyə Ərəbistanı tərəfindən dəstək alan “Ceyşul-İslam”, Qətər və Türkiyədən dəstək alan “Ən-Nusra Cəbhəsi” , “Əhraruş-Şam” və “Şam”çı olduğunu iddia edən muzdur, quldur və təkfirçilərdən ibarət onlarla müxtəlif radikal terror qruplaşmalar.

Suriya münaqişəsinin geridə qalan 7 ilində o qədər müxtəlif məşrəbli qruplaşmalar meydana gəlib ki bu münaqişəni terror birləşmələrin sayına görə iyirmi və iyirmi birinci əsrdə rekord hesab etmək olar.

Suriya dövlətçiliyini və ölkəni dağıdan bu qruplaşmalar arasında adı ən birinci hallanan və digər birləşmələrlə müqayisədə beynəlxalq tərəfadrları tərəfindən daha çox dəstək alan və “legitim” hesab edilən “Azad Suriya Ordusu”dur.

Qısa şəkildə demək olar ki, Suriya münaqişəsinin ilk ilində Suriya Ordusu qarşısında duran “Azad Suriya Ordusu” idi. Elə həmin təsisi günlərindən yəni 2011-ci ilin iyul ayından ABŞ-dan, Səudiyyə, Türkiyə, Fransa, Britaniya, İordaniya, Qətər və Liviyadan silah-sursat, canlı qüvvə və lojestik hərbi dəstəklər almağa başladı. Amma Suriya dövlətçilyiyini məhv etmək istəyən xarici dairələrin bu aləti 2013-cü ilin ortalarından öz həqiqi simasını nümayiş etdirməyə başaldı. Belə ki xarici dairələr  bilirdi ki, Suriya dövlətçiliyini yıxmaq üçün sırf demokratiya iddiaları kafi deyil və “Azad Suriya Ordusu” kimi birləşmə daha sərt düşüncə və təfəkkürlə qidalanmalıdır. Qidalanmalıdır ki Suriya hökuməti və Ordusu qarşısında onu hərəkətə gətirsin. 90 faizi sünni bölgələrdən olan və Suriya Ordusundan ayrılmış sünni əsgər və zabitləri təşkil etdiyindən sözügedən qarşıdurmada məzhəb faktoru daha əlverilşli ola bilərdi. Məhz buna görə “Azad Suriya Ordusu” bir il xarici dairələrə xidmətdən sonra tədricən daha da məzhəbiləşməyə və “Ən-Nusra Cəbhəsi” və İŞİD kimi təkfirçi birləşmələrin yaranmasına münbit şərait yaratdı və onların canlı qüvvəsini təmin etməyə başladı. Reallıq budur ki “Azad Suriya Ordusu” da elə ilk ilində “parladı”, növbəti illərdə isə onun 35-40 minlik qüvvəsi tədricən əriməyə və Əl-Qaidənin Suriya qolu “Ən-Nusra Cəbhəsi”nə və İŞİD-ə qoşulmağa başladı.

Suriya dövlətçiliyini məhv etmək istəyən xarici dairələrin ASO-a verdiyi dəstəklərin əbəs və bəzən də zərərli olacağı, ASO-nun əriyərək üzvlərinin “Ən-Nusra”, İŞİD və sair radikal birləşmələrə qoşulması, ASO-ya verilən silah-sursatların xüsusilə də zirehli texnikalar əleyhinə “TOW” raketlərinin daha radikal qruplaşmaların əlinə keçməsi və bütün bu faktlar barədə ən münasib şahid və etiraf edən Vaşinqtonun Suriyadakı sabiq səfiri Robert Forddur. O, son 6 ildə onlarla etirafı ortaya qoyub. Həmin etiraflar bir daha sübut edir ki, sırf Suriya dövlətçiliyi aradan getsin deyə ABŞ komandası, onun bölgədəki müsəlman müttəfiqləri və Türkiyə təkfirçilik və radikallığın bölgəyə vuracağı zərərə rahat şəkildə göz yumublar və bir çox zamanlarda da özləri bu metodu təbliğ ediblər.

Heç bir ekspert bunu inkar edə bilməz ki, indi Suriyada “silahlı muxalifətin” nəzarətindəki bölgələrin heç birində “ASO” söz və qərar sahibi deyil. Suriya muxalifətinin mərkəzi hesab edilən İdlib əl-Qaidənin Suriya qolu “ən-Nusra Cəbhəsi”nin (yeni adı Heyət Təhrir-Şam) və az bir qismi də radikal vəhhabi düşüncəli “Əhraruş-Şam”ın nəzarətindədir. Şərqi-Quta “Ceyşul-İslam”ın nəzarətində olduğu halda, Dəra və Qunaytara əyalətində əsas bölgələr də “Ən-Nusra” , “Əhraruş-Şam” və onların müttəfiqlərinin nəzarətindədir. Xarici dairələrin o cümlədən də Türkiyənin legitim və Suriya muxalifətinin təmsilçisi kimi göstərmək istədiyi ASO isə tam olaraq haşiyədə qalıb. Artıq neçə ildir ki Suriya Ordusu ilə radikal qruplaşmaları arasında döyüş baş verəndə qərbin, Səudiyyə və Türkiyənin mediası onları “rejim ordusu” və “Azad Suriya Ordusu” kimi təqdim edir. Amma bu radikal qruplaşmalar qətliam törədəndə onlar “ən-Nusra” və İŞİD təmsilçiləri kimi təqdim edilir. Elə isə bəs ASO-nun Suriyada həqiqi rolu və həqiqi yeri hardadı.

Afrin əməliyyatı gəldikdə ASO yenidən qüvvəyə mindi və sabiq “əhəmiyyəti”ni kəsb etməyə başaldı. Bu mərhələdə Suriya muxalifəti bir daha anladı ki, onlar əvvəldən digər xarici dairələrin planlarını icra edirmişlər. Belə ki artıq ASO sabiq “məram”ları olan Suriya hökumətini yıxmaq uğrunda deyil, Türkiyənin milli təhlükəsizliyi naminə öz ölkələrinin vətəndaşları olan kürdlərlə döyüşməlidirlər. Həmin kürdlər ki onlar da ABŞ-ın vasitəsi olduğunu tədricən anlayıb, bəzən Suriya hökumətinə də birləşmək təklifi vermək istəyirlər.

Türkiyənin ötən il Hələbin şimalında başlatdığı “Fərat Qalxanı” əməliyyatı zamanı Suriya silahlı muxalifəti birləşmələri bir-birini məzəmmət edir və münaqişə dövründə digələrinin siyasətləri üçün necə alət olduqlarını bir-birinin üzünə vurmağa başladılar. Türkiyənin Afrində apardığı son “Zeytun Budağı” əməliyyatında isə bu qarşılıqlı məzəmmət etmələr daha da artı və tərəflər bir-birinin cinayətkar addımlarını ortaya qoymağa başladılar.

Qeyd etmək lazımdir ki, bir-birini xarici dairələrə alət olmaqda məzəmmət və ittiham emələrinə baxmayaraq, İdlibdə olan bütün radikal qruplaşmalar o cümlədən “ən-Nusra Cəbhəsi” və “Əhraruş-Şam” da kürd bölmələrinə qarşı əməliyyatda Türkiyə ilə sıx əməkdaşlıq edirdilər və indi də edirlər. “Fərat Qalxanı” əməliyyatı əsnasında “ən-Nusra Cəbhəsi”-in Türkiyə Ordusu və əməliyyatda iştirak edən digər birləşmələr üçün bufer zonası yaratması buna əyani sübutdur. Bu onu göstərir ki, ümumiyyətlə Suriyanın şimalında İdlib əyalətində baş verən hər bir irimiqyaslı əməliyyat Türkiydəki əməliyyat otaqlarından idarə və nəzarət olunur.

Müşahidələr göstərir ki hal hazırda Türkiyənin Afrin əməliyyatında istifadə etdiyi təqribən 15 minlik “Azad Suriya Ordusu” da olduqca radikal və təkfirçi düşüncəli qruplaşmalardan ibarət olan qüvvələrdir. Burada qafqazlı vəhhabilərin olduğu “Əcnadul-Quqaz”, sələfi özbək və uyğurların olduğu “əl-Hizb ət-Türkistani”-dən tutmuş “Ən-Nusra”, “Əhraruş-Şam” kimi terror birləşmələrindən ayrılan radikallara qədər var.

Türkiyənin əsas müttəfiqlərindən biri hesab edilən ASO-nun yerli mediada qeyd edilən cinayətlərinin bir çoxu qərbin və beynəlxaq hüquq təşkilatlarının saytlarında yer alıb. Onlardan bir neçəsini qeyd edirik:

 

1-      2016-cı ilin iyul ayının 19-da Hələbin Həndərat qəsəbəsində 11 yaşlı fələstinli Abdullah İsanın başının kəsilməsi. Bu cinayət ASO tərkibində olan və ABŞ komandası və Türkiyədən dəstək alan “Nuriddin Zinki” qruplaşması tərəfindən törədilmişdi.

2-      2012-ci ilin mart ayının 20-də Human Rights Watch təşkilatı ASO-nun cinayətləri haqda hesabat verib.

3-       Human Rights Watch 2012-ci ilin avqust ayının 10-da verdiyi hesabtda bildirir ki ASO üsyançıları Suriya hökumətinə tərəfdar olan “Şabbiha” deyilən onlarla mülki insaları tutan kimi dərhal edam edib

4-      ASO silahlıları 2013-cü ilin aprel ayının 27-də Suriyanın Ədra şəhərində peyğəmbərin səhabəsi Hücr ibni Udəyyin qəbrini dağıdır və onun nəşini çıxarırlar.

5-      ASO-nun törətdiyi əl-Xalidiyyə qətliamı, Homs əyalətində 2012-ci ilin 4 fevralında törədilən bu qətliamda 300 mülki və hərbçi ölüb və 500 nəfər yaralanıb.

6-      Baba-Əmr qətliamı, Suriyanın qərbi, 27 fevral 2012-ci ildə bu qətliamda 64 nəfər qətlə yetirlib.

7-      Kərmuz-Zeytun qətliamı, 12 mart 2012, 87 ölü

8-      ət-Taminə qətliamı, 7 mart 2012-ci il Həma əyaləti, 70 ölü

9-      əl-Hulə qətliamı, 25 may 2012-ci il, Homs əyaləti, 108 ölü

10-   Məzrəətul-Qubeyr, 7 iyun 2012, Həma əyaləti 78 ölü

11-   Dirazzur qətliamı, 12 uyun 2012, 31 ölü

12-   Xandan-Birri qətliamı, Hələb 31 iyul 2012, 15 ölü

13   Tərimsə qətliamı, Həma əyaləti 13 avqust 2012, 200 ölü

14-   Zəməlka qətliamı, Dəməşqətrafı əyalət 23 avqust 2012, 20 ölü

15-   Darəyya qətliamı,  Dəməşqətrafı əyalət 26 avqust 2012, 300 ölü

16-   Hənanu qətliamı, Hələb 12 oktyabr 2012, 20 ölü

17-   əl-Heydəriyyə qətliamı, Homs 30 sentyabr 2012, 17 ölü

18-   İdlib qətliamı, İdlib 1 noyabr 2012, 98 ölü

19-   İdlib qətliamı-2 , İdlib 4 noyabr 2012, 60 ölü

20-   əl-Vafidin düşərgəsi qətliamı, Dəməşqətrafı əyalət 4 dekabr 2012, 30 ölü,

21-   Hilfaya qətliamı, Həma əyaləti 24 dekabr 2012, 30 ölü

22- ASO üzvü Suriya Ordusu əsgərinin ürəyini çıxarır və onu çeynəyir, Homs, may 2013

Qeyd edək ki, bildirilən bu cinayət və qətliamlar yalnız ASO tərəfindən törədilən, yerli və beynəlxalq mediaya məlum olan cinayətlərdir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button