ArxivXəbər lentiXəbərlər

Mirzəağa Məmmədli: Hər şey qara rəngdə deyil

Jurnalistika ilk növbədə peşədir, cəmiyyəti informasiya ilə təmin etmək və xəbərləri operativ şəkildə çatdıran fəaliyyət növüdür. Bu peşə məsuliyyətli olmaqla yanaşı, həm də risklidir.

Xalqla hökumət arasında körpü rolunu oynayan, xalqın üzləşdiyi problemləri ictimailəşdirib gündəmdə saxlayan jurnalist həmkarlarıma dərin minnətdarlığımı bildirirəm. Lakin elələri var ki, mətbuat haqqında qanunları və peşə etikasını pozaraq birtərəfli yazılar hazırlayır və qarşı tərəfi də dinləməyin zərurət olduğunu nəzərə almırlar.

İnternetdə gündəlik izlədiyim saytlardan biri də Musavat.com-dur. Bu saytın 2017-ci ilin 20 oktyabr sayında C.İsmayılın imzası ilə oxuduğum “İran Azərbaycandan nə istəyir?” məqaləsindəki ciddi yanlışlıqlar məni təəccübləndirdi və özümdə yazıdakı səhvlərə münasibət bildirmək zərurəti hiss etdim. Belə ki, məqalədə İranın “Səda-Sima” kanalının Bakı nümayəndəliyinin keçmiş rəhbəri Əhməd Kazemi ilə bağlı yazılanlar qətiyyən həqiqətə söykənmir. Məqalə müəllifi yazır:

“Əhməd Kazemi əvvəlcə “Səhər” kanalının, sonra isə İRİB-nin (İran İslam Respublikasının səsi) nümayəndəsi qismində Azərbaycanda fəaliyyət göstərib. 2012-ci ildə ölkədən deportasiya edilib”.Müəllifə xatırlatmaq istəyirəm ki, Əhməd Kazemi nə 2012-ci ildə, nə də sonrakı illərdə heç yerə deportasiya olunmayıb. Əksinə o, Bakıda 2012-ci ildə Xocalı faciəsi haqda 20 dəqiqəlik sənədli filmi ekranlaşdırıb. Həmin film İranda və ölkəmizdə nümayiş etdirilib. Filmin 2013-cü ildə “Soyqırım və terror” QHT koalisiyasında təqdimatı keçirilib, bu filmə görə, Əhəməd Kazemi qurumun sədri Faiq İsmayılov tərəfindən diploma layiq gorulub. Qarabağ harayını, torpaqlarımızın işğalı ilə bağlı həqiqətləri ildönümlərdə birbaşa Şəhidlər Xiyabanından doğru və qərəzsiz şəkildə dünyaya çatdıran Əhməd Kazemi bu fəaliyyətinə görə də “Zirvə” ziyalılar təşkilatı tərəfindən 2014-cü ilin fevralında diploma layiq görülüb. Onun 2012-ci ildə deportasiya olunması ilə bağlı deyilənlər ağ yalandır. 2012-14-cü illərdə Əhməd Kazemi nümayəndiliyin rəhbəri kimi, məhz özünün təşəbbüsü ilə 37-ci ilin repressiya qurbanlarından biri, Yazıcılar Birliyinin sədri olmuş Hacıbaba Nəzərlinin qardaşı oğlu şair Ənvər Nəzərli, tarix elmləri doktoru, şərqşünas alim, şair Şahin Fazil, Azərbaycan Dövlət Televiziyasında “Məclisi-üns” verilişinin mərhum aparıcısı, Füzulişünas şair Ələmdar Mahir haqqında sənədli filmlər çəkib. Respublikanın tanınmış mətbu orqanlarından biri olan “Paralel”qəzetinin 10 fevral 2015-ci il tarixli nömrəsində “Biz onu belə tanımışıq” adlı məqalədə təkcə bu sətirlərə nəzər yetirmək kifayətdir:

“Füzuli yaradıcılığının bütün varlığı və layiqli davamçısı olan Hacı Ələmdar Mahirlə yaxından tanış olub söhbətləşmək mənə də qismət olub. Bu mənada İranın Səda Sima Dövlət tele-radiosu kanalının Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri, İran və Azərbaycan xalqının sonsuz hörmətini qazanmış cənab Əhməd Kazemiyə dərin minnətdarlığımı bildirirəm. Təkcə Əhli-Beyt şairləri haqda deyil, onun təşəbbüsü ilə Xocalı faciəsi barədə də sənədli film çəkib. Bu filmdən sonra Əhməd Kazeminin ən böyük arzusu Qarabağ müharibəsində qəhrəmancasına vuruşan azərbaycanlı qadınlar haqda film çəkmək idi”.

Beş ildən artıq İranın Bakı nümayəndıliyində çalışan Əhməd Kazeminin 2014-cü il mayın 20-də səlahiyyət müddəti bitib. Onu Urmiya tele-radiosunda məsul vəzifədə çalışan Mehdi Rasi əvəz edib. Əhməd Kazemi Bakını tərk etmədən öncə Mehdi Rasi ilə birlikdə Azərbaycan Respublikası rəsmiləri ilə görüş keçirib. Əhməd Kazemi bu görüşdən sonra Azərbaycan haqqında xoş təəssüratlarla vətəninə yola düşüb. Saytdakı ədalətsiz və həqiqətdən uzaq faktları qələmə almış məqalə müəllifi yazını verməmişdən əvvəl kanalın Bakı nümayəndilyinin öfisinə zəng edib bu faktı dəqiqləşdirə bilərdi. Biz jurnalistlərin vəzifəsi ilk növbədə ədaləti qorumaqdır. Cəmiyyətdə hər şeyi qara rəngdə görmək lazım deyil. Sadəcə, mövzunu dərindən təhlil edib sonra fikir bildirmək lazımdır.

Mirzəağa Məmmədli

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button