ArxivXəbər lentiXəbərlər

Avropa Birliyi nəqliyyat sahəsində Bakı ilə həmkarlıq edir

Avropa Birliyinin nəqliyyat komissiyasının sədri Bakıda Azərbaycan Respublikası prezidenti ilə görüşdə bu birliyin beynəlxalq nəqliyyat və tranzit sahələrində Bakı ilə əməkdaşlığına təkid edib.

Avropa Birliyinin nəqliyyat komissiyasının üzvləri ilə Bakıya daxil olmuş bu komissiyanın sədri Henrik Hololi dünən İlham Əliyev ilə görüşdə beynəlxalq nəqliyyatın ən mühüm oyunçularından biri kimi bu respublikanın önəmini vurğulayaraq deyib ki, Avropa Birliyi bu sahədə Bakı ilə həmkarlığa maraqlıdır.

Tərəflər bu görüşdə Azərbaycan Respublikası ilə  Avropa Birliyi arasında müntəzəm danışıqların keçirilməsi vacibliyini vurğulayaraq, nəqliyyat sahəsi üzrə həmkarlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Avropa Birliyinin nəqliyyat komissiyasının sədri həmçinin dünən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdə bildirib ki, bu birlik nəqliyyat sektoru daxil olmaqla bütün sahələrdə Bakı ilə əməkdaşlıqları genişləndirməyə hazırdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button