ArxivXəbər lentiXəbərlər

Tale Bağırzadədən Elçin Qasımova təbrik məktubu

Qobustan həbsxanasında saxlanılan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə müavini Elçin Qasımova doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Bu barədə qafqaz.ir Rakurs TV-a  məlumat gore . İlahiyyatçının məktubunu təqdim edirik:

“Əziz qardaşım, Elçin! Həbsxana divarları arxasında keçirdiyin növbəti doğum günün mübarək olsun! Allaha çox şükürlər olsun ki, boynumuza minnət qoyaraq bizləri seçdi və öz övliyalarının getdiyi yolda birgə addımlamağı bizə nəsib etdi. Bizləri haqsız yerə azadlıqdan məhrum edənlər unudurlar ki, aramızdakı məsafə, soyuq həbsxana divarları, qıfıllı qapılar bizi birləşdirən dəyərlərin, idealların, əqidənin müqabilində çox zəifdir və bizi ayırmağa qadir deyil. Ona da əminəm ki, bu mərhələ, bu mərhələdə qarşılaşdığımız və qarşılaşacağımız bütün çətinliklər ilahi sınaqdır və çox da uzaq olmayan zamanlarda bitəcək. Biz isə yenidən çiyin-çiyinə öz mübarizəmizi davam etdirəcəyik. Sənin və sənin kimi öz azadlığından keçənlərin ömürlərindən gedən illər isə bu xalqın, bu dövlətin, bu mübarizənin gələcəyinə yatırılmış ən böyük sərmayə olaraq, öz bəhrəsini verəcək. Allahın izni ilə bunu hamımız görəcəyik. Sənə bu yolda böyük səbr, əzm və ilahi tofiqat arzulayıram. “Şübhəsiz ki, gözəl aqibət müttəqilərindir (Hud/49)”. 

Tale Bağırzadə

Qobustan Həbsxanası”

Elçin Qasımov

İlahiyyatçı Elçin Qasımov 2015-ci il noyabrın 5-də saxlanılıb. Məhkəmə ona 30 sutka inzibati həbs cəzası verib. Noyabrın 26-ı Nardaran qəsəbəsində keçirilən əməliyyatdan sonra onun işinə yeni ittihamlar əlavə edilib və həbs müddəti uzadılıb. O, “Nardaran işi” ilə bağlı istintaqa cəlb olunub. Məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum olunub. E. Qasımov özünü təqsirli bilmir və hökmün ədalətsiz olduğunu bildirir. İlahiyyatçı məhkəmədə dəhşətli işgəncələr məruz qaldığını iddia edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button