ArxivIslamXəbər lentiXəbərlər

Putin: “Rusiyada İslam tədrisinə dəstəyimiz davam edəcək”

Rusiyanın prezidenti Vladimir Putin ölkədəki böyük dövlət universitetlərində İslam tədrisi istiqamətində dəstəklərini davam edəcəyini deyib.

Deyerler.org İslam saytına istinadən xəbər verir ki, Tatarıstanda açılan Bolqar İslam Akademiyasının rəsmiləri və Rusiyanın Mərkəzi Müsəlman Təşkilatlarının müftiləri ilə görüşən Putin belə danışıb: “Heç şübhəsiz İslam tədrisini dəstəkləməyə davam edəcəyik. Böyük dövlət universitetləri üzərindən verdiyimiz dəstəyimiz də davam edəcək”.

Putin çıxışında bir çox problemi və vaxatşırı dağıdıcı fikirləri olan gənclər arasında İslam tədrisinin yayılmasının əhəmiyyətini də vurğulayıb: “Bu dağıdıcı fikirlərlə ancaq tək bir yolla mübarizə edilə bilər – fərqli fikirlərlə. Moskva, Ufa, Qafqazdakı akademiyalarla və Bolqar İslam Akademiyasında öyrədilən fikirlərlə”.

Putin İslam və müsəlmanların Rusiya mədəniyyəti və çox millətliyi üçün çox əhəmiyyətli olduğunu söyləyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button