ArxivXəbər lentiXəbərlər

Azərbaycan XİN sözçüsü Serj Sarkisyanın AŞPA-dakı çıxışına münasibət bildirib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasında çıxışına münasibət bildirib.

H. Hacıyev APA-ya deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas ədalətsizlik və ya Ermənistan rəhbərliyinin dediyi kimi “ədalətin defisiti” ilk növbədə Azərbaycanın bütün fundamental hüquqlarının pozulmasıdır.

 “Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin həllinə dair üzərinə öhdəliklər götürsə də, bunları hələ də yerinə yetirməyib. Mürəkkəb xarakter daşıyan Ermənistan-Azərbaycan münaqişəsinin bir sənədlə həll edilməsinə dair Ermənistanın iddiası utopiyadır və münaqişənin həllinə imkan verməmək üçün bəhanədən başqa bir şey deyildir. Ermənistan rəhbərliyi nəhayət başa düşməlidir ki, nə qədər tez münaqişə həll olunarsa, bir qədər də tez Ermənistan əhalisi yaranacaq regional əməkdaşlıq imkanlarından faydalana biləcək”. – deyə XİN sözçüsü qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button