ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Hicabın müsbət təsirləri

Qadınların cəmiyyət içinə çıxarkən (məhrəm olmayan şəxslərlə üzləşərkən) hicaba riayət etməsi bütün dinlərdə sabit olan qanunlardan biridir. Qadınlar həya örpəyinə bürünməklə ailə və cəmiyyətdə bir sıra imtiyazlarla rastlaşır və hər bir addımlarında örpəyin müsbət təsirlərini müşahidə edirlər.
Hicab İlahi vəzifə olmaqla yanaşı, hər bir ağlı insanın və bütün dövrlərin tələbidir. Həqiqətdə, bütün ağıllı insanlar hicabın müsbət keyfiyyətindən və onun cəmiyyətdə qoyduğu müsbət təsirlərdən agahdırlar. Belə ki, qadının həqiqi gözəlliyi onun zahiri çılpaqlığında yox, mənəvi cazibədarlığında olmalıdır. Çünki zahiri gözəllik keçici, batini gözəllik isə həqiqi və daimidir.
Hicabın bəzi müsbət keyfiyyətlərini nəzərinizə çatdırırıq:
1) Hicablı qadın cəmiyyətdəki mənfur, çirkin və azğın şəxslərin şəhvətli nəzərləri altında alçalmaqdan amanda qalaraq, özünəməxsus ləyaqət və şəxsiyyətini cəmiyyət içində qorumuş olur.
2) Hicablı qadına diqqət etdikdə, ilk olaraq onun uca şəxsiyyəti və pak siması nəzərə çarpır. Belə ki, hicablı qadınının şəxsiyyəti, fərdi bacarığı və mənəvi dünyası mühüm səciyyə daşıdığından, onun zahiri gözəlliyi ikinci dərəcəli əhəmiyyət daşıyır.
3) Hicablı qadın (hicabına riayət etməklə) İlahi qanunlara baş əydiyindən, daima Allah-Taalanın xoş nəzərini və razılığını əldə etmiş olur.
4) Qadınların hicaba riayət etməsi, ailə ocağının möhkəmliyinə, davamlı olmasına və nəticədə sağlam cəmiyyətin yaranmasına xidmət edir.
5) Qadının özünü naməhrəmdən örtməsi, onun təqvalı olmasının göstəricisidir.
6) Hicab – qadını yadların təhlükəsindən qoruyub saxlayan ən gözəl gözətçi və hasardır.
7) Hicab cəmiyyətdə (xüsusilə cavanlara) sakitlik və aramlıq bəxş edərək, hər növ fitnə-fəsadın yayılmasının qarşısını alır və gənclərimizin çirkinliklərə tərəf yönəlməsinə mane olur.
8) Hicablı qadın ruhi və mənəvi cəhətdən azaddır. Bu azadlıq tam mənada və yaşayışın hər bir nöqtəsində özünü biruzə verir. Bir halda ki, hicabsız qadın, özünün açıq-saçıqlığı ilə azad olduğunu xəyal etsə də, həqiqətdə həyatın bütün anlarında bu “xəyali azadlıq”ın ləzzətini dada bilmir! İngilis alimlərdən biri (Qedi Banay) bu barədə deyir: “Əgər hicablı və mənəviyyatlı müsəlman xanımının qərb qadınlarından daha azad olduğunu desəm, yanılmaram! Çünki müsəlman xanımı öz azadlığını olduğu kimi anlayaraq, onu hicabla mühafizə edir, lakin qərb qadını öz zahiri azadlığı (açıq-saçıqlığı) ilə özünü əsir edibdir”.
Qadın açıq-saçıq gəzərkən yox, iffətli, həyalı və hicablı olarkən gözəldir!
Qadın – qoynunda qəhrəmanlar böyüdüb-bəsləyən bir varlıq deməkdir. Hər bir millətin qadınları o millətin analarıdır! “Cənnət anaların ayağı altındadır” – buyuran Peyğəmbər (s) cənnəti həyalı, ismətli və hicablı qadınların ayağı altında görür. Hicab – qadının iffət və gözəlliyinin əvəzolunmaz qoruyucusudur. Hicab – İlahinin qadına bəxş etdiyi rəhmət və mərhəmət örtüyüdür. İmam Sadiq (ə) buyurub: “İffətli qadın dünyaya dəyər, əks təqdirdə isə torpaq qədər də dəyəri olmaz”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button