ArxivIslamXəbər lentiXəbərlər

Ali dini rəhbər: “ABŞ-ın Qüds qərarı başından böyük qələtdir”

Tehranda baş tutan İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Birliyinin (İSİPAB) 13-cü konfransına qatılan rəsmilər Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə görüşüblər.

 

Ali dini rəhbər İslam ölkələrinin parlament sədrləri və rəsmi nümayəndələrini qəbul etdiyi görüşdə, İSİPAB-ın gündəmində mühüm məsələlərin olduğunu vurğulayaraq, toplantılarda Yəmən və Bəhreyn kimi, digər mühüm məsələlərin də müzakirə edilməli olduğunu qeyd edib.

İslam dünyasının mühüm məsələlərdə dəqiq və yüksək bir səslə hərəkət etməli olduğunu vurğulayan Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Fələstin və İslam dünyasınının birliyinin əhəmiyyətinə də toxunub.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei dünyada baş verən proseslər qarşısında İslam ölkələri və dövlətlərinin dini və tarixi rollarına işarə edərək, belə deyib: “İslam dünyası mühüm və həyati məsələlərdə rol almalıdır və əvvəlki illərdə olan güclərin müstəqilliyi kimi ağrılı hadisələrin təkrarlanmasına yol verməməlidir”.

Ali dini rəhbər İSİPAB-in konfransında Myanma və Kəşmir məsələlərinin müzakirə olunmasının da əhəmiyyətini vurğulayıb: “İslam dünyasındakı mühüm məsələlərdə dəqiq bir mövqe sərgilənməlidir. Çünki, bununla dünya ictimaiyyətinə təsir etmək olar. Biz, ümumiyyətlə, sionistlər tərəfindən idarə olunan Qərbin təbliğat imperiyasına İslam dünyasındakı mühüm məsələləri unutdurub sükut etmək təxribatı ilə məhv etməsinə imkan verməməliyik”.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei İslam dünyasındakı ən mühüm məsələnin Fələstin olduğunu vurğulayaraq, çıxışını belə davam edib: “Fələstin məsələsində, “Yurdun işğalı”, “Milyonlarla insanın kütləvi sürgünü” və “Bəşəriyyətin böyük qətliam və cinayəti” hadisələri baş verdi. Bu zülmün tarixdə nümunəsi yoxdur. Sionist rejiminə qarşı mübarizə etməyin faydasız olduğunu düşünməməliyik. Çünki Allahın izni və lütfü ilə sionist rejim qarşısındakı müqavimətlər nəticəsini verəcək. Belə ki, müqavimət hərəkatları əvvəlki illərə nisbətən güclənmişdir. Bir gün “Nildən Fərata” şüarını qoyan sionistlər artıq özlərini qorumaq üçün divar hörməyə məcbur olur. Heç şübhəsiz ki, Fələstin “Dənizdən çaya” bir ərazi və tarixdir və Qüds də onun paytaxtıdır və bu həqiqəti inkar etmək mümkün deyil”.

ABŞ-ın Qüds qərarını başından böyük qələt kimi səciyyələndirən Ali dini rəhbər, sözlərini belə davam etdirib: “Onlar bu işi görməyəcəklər və səyləri uğursuz olacaq. ABŞ və sionist rejimlə əməkdaşlıq edərək, müsəlman qardaşlarına qarşı savaş açan dövlətlər çox açıq bir xəyanət edirlər. Hazırda səudiyyəlilər bunu edirlər”.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei çıxışının bir hissəsində də ABŞ-ın “insan haqları” iddiasına işarə edərək, bunları qeyd edib: “Bu gün ABŞ-da iş başında olan şəxs, bu ölkələrin mövqeyini çox dəqiq və aydın bir şəkildə elan edir. Təbii ki, bundan əvvəlkilərin də münasibəti fərqli deyildi, ancaq onlar elan etmirdi. Bunun isbatı onun Afrika, Latın Amerikası və digər irqlərlə bağlı sözləridir ki, bu da insan hüquqları pozuntusunun ən tipik nümunəsini göstərir. Terrorla mübarizə etdiklərini irəli sürən amerikalılar terrorçu sionist rejimə açıq-aşkar dəstək verir.

Həmçinin indiki ABŞ prezidentinin seçki kampaniyasındakı iddialarına görə, ABŞ İŞİD-i yaradıb, sonuna qədər də dəstəkləyib”.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button