ArxivIslamXəbər lentiXəbərlər

Naxçıvan-Məşhəd beynəlxalq sürət qatarının hərəkəti bərpa edilir

Yanvarın 11-dən 16/15 â„–-li Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək

Qafqaz.ir-İslamazeri.com bildirir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qatar 11.01.2018-ci il tarixdən etibarən həftədə bir dəfə Naxçıvandan həftənin IV günləri, Bakı vaxtı ilə saat 7-00-da yola düşəcək.

Məşhəd stansiyasına 12.01.2018-ci il tarixdən etibarən həftənin V günləri İran vaxtı ilə saat 14-25-də çatıb və həmin gün saat 22-00-da geriyə yola düşəcək. Naxçıvana qatar 14.01.2018-ci il tarixdən etibarən həftənin VII (bazar) günləri saat 6-00-da çatacaq.

Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən hərəkətə başlayıb. Müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılıb.

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button