ArxivIslamXəbər lentiXəbərlər

Türkiyəli oyma ustası Quranı ağac üzərinə yazdı – FOTO

Quranın ağac üzərinə yazılışı təqribən 27 ay çəkdi

Quranın 30 cüzünü ağac üzərində yazdı  və onu  Çamlıca məscidinə hədiyyə edəcək.

Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki,1942-ci ildə Türkiyənin Konya şəhərində anadan olan ağac üzərində oyma və xətt ustası Münir Erbörü 1976-cı ildən  ağac üzərində rəsm və naxışlar çəkməklə məşğuldur.
Bu günə qədər çox sayda  rəsm, boyama, oyma, xəttatlıq işləri görən  M.Erbörü  deyib ki,  oxunuşu ən rahat olan Hafiz Osman xətti ilə yazılmış Quranı alıb, A-3 formatda böyüdərək Quranı ağac üzərinə yazmışam.
O deyib ki,  Quran surələri  3 milimetrlik   ağcaqayın ağacı üzərinə yazılıb. “Quranın ağac üzərinə yazılışı təqribən 27 ay çəkdi. 2015-ci ildə yazmağa başladım və  2017-ci ilin üçüncü ayında işi bitirdim.”
M.Erbörü yazdığı Quranı Çamlıca məscidinə hədiyyə edəcəyini bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button