ArxivXəbər lentiXəbərlər

Qasemi: “Təbriz-2018” hadisəsinin inkişaf etdirilməsi bir zərurətdir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Təbriz-2018” olayının çiçəklənməsi milli potensiala ehtiyaclıdır və bu yolla Təbrizi region və dünya səviyyəsində daha artıq tanıtdırmaq olar.

Bəhram Qasemi Təbriz şəhərinin icra başçısı ilə görüşdə deyib: Təbriz İranın tarixində önəmli iştiraka malikdir və İranın mədəni, ictimai, siyasi məsələlərində həmişə öncül məntəqələrdən biridir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Təbriz şəhərinə olan səfərinin əsas məqsədini “Təbriz-2018” layihəsinin icra komitəsində Xarici İşlər Nazirliyinin rolunu araşdırmaq və vəziyyəti yerində dəyərləndirmək adlandırıb və deyib: Xarici İşlər Nazirliyi və İranın xarici ölkələrdəki səfirliklərinin potensialları “Təbriz-2018” turizm layihəsinin xidmətində ola bilər.

Qasemi İranın Xarici İşlər Nazirliyinin “Təbriz-2018” hadisəsini himayə etdiyini vurğulayıb və deyib: İranın Xarici İşlər Nazirliyi dünyanın tanınmış və etibarlı beynəlxalq olayları, sərgiləri və proqramlarında aktiv iştiraka malikdir. Və turizm təşkilatları habelə, səfirliklər ilə əməkdaşlıq yolu ilə Təbrizin turizm potensiallarını, mədəniyyət və incəsənət sahəsindəki imkanlarını münasib şəkildə tanıtdırmağa qadirdir.

İranın şimal-qərbində yerləşən Təbriz şəhəri 2018-ci ildə İslam ölkələrinin turizm paytaxtı olaraq seçilib. Təbriz tarixi bir şəhər olmaqla yanaşı gözəl təbiətə, zəngin musiqiyə və özünəməxsus əl işləri sənayesinə də malikdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button