AktualAktualArxivXəbər lentiXəbərlər

Dünya azərbaycanlılarının həmrəyliyi günü, 31 dekabr yoxsa 19 yanvar?!

19 Yanvar Dünya Azəriləri Günü Azərbaycan xalqının mübarizə, din, mənəviyyat, tarix baxımından İrana doğru qayıdış günü, dünya azərilərinin tarixində qızıl səhifədir

 Qafqaz.ir  Bu mövzü haqda Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amilinin bu məsələ haqda görüşlərini təqdim edir:

Ayətullah Amili dünya azərilərinin vəziyyəti ilə maraqlanmanın zəruriliyini vurğulayaraq bildirmişdir: Ağılagəlməz təzyiq və sıxıntılardan sonra Azərbaycan əhalisinin 1990-cı il 19 yanvarda İrana axını onlarin dini və milli kimliyinin qorunub saxlanıldığını göstərirdi.

O demişdir: biz daxili təhriflərin qarşısında dayanmalıyıq. Bu təhriflər Azərbaycan xalqına edilən böyük xəyanətdir.

O artırmışdır: belə bir qərara gəlmişik ki, dünyanın hər yerində, İraqda, Rusiyada, Türkiyədə, Azərbaycanda və İranda azərilərin vəziyyəti ilə maraqlanacağıq ki, təhlükələri öyrənib xəbərdarlıq edək və çıxış yollarını göstərək. Ərdəbil imamcüməsi açıqlamışdır: azərilərin vəziyyəti ilə maraqlanmaq humanitar maraqlar formasında gedən diplomatik fəaliyyətdir. Bu da dünya azərilərinin birliyini, həmrəyliyini və kimliyini qorumaq üçün zəruridir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button