ArxivXəbər lentiXəbərlər

Ermənistanda maaş ala bilməyən fəhlələr şantaj edilir

Ermənistanın Nairiti zavodunun əməkdaşları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Azvision.az-ın məlumatına görə, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, Nairiti zavodunun fəhlələrinin etiraz aksiyaları keçirdikləri müddət ərzində Ermənistanda 3 baş nazir dəyişib. Ancaq fəhlələrin problemi və tələbləri dəyişməz olaraq qalıb.

Artıq 2 ildir ki, fəhlələr mütəmadi olaraq hökümət binası qarşısında hər cümə axşamı etiraz aksiyası keçirirlər.

Fəhlələrin fikrincə, bütün bunlar keçmiş baş nazir Tiqran Sarkisyanın ucbatından yaranıb. Nəhayət, məhkəmə yolu ilə fəhlələr pullarını ala biliblər. Ancaq dəymiş ziyan və cərimələr ödənilməyib: “Bizimlə alçaqcasına davrandılar, şantaj etdilər. Bizi məcbur etdilər ki, gələn cərimələrdən imtina etdiyinizi yazın, yoxsa 2-3 il olduğu kimi yenə ac qalacaqsınız, əsas pullarınızı verən deyilik. Biz də qorxumuzdan nə kağız verdilərsə, onu da imzaladıq”.

Bildirilib ki, fəhlələr müxtəlif qruplar şəklində hüquqi müstəvidə mübarizə aparmağa cəhd edirlər. Onlar birinci instansiya və apellyasiya məhkəməsini keçiblər. İndi isə 18 nəfər fəhlə kassasiya məhkəməsinə müraciət etməyə hazırlaşır. Onlar maaşların gecikməsi nəticəsində dəymiş ziyanın və cərimələrin ödənilməsini tələb edirlər.

Məlumatda qeyd edilib ki, gələcəkdə Nairiti zavodunun işçiləri Avropa Məhkəməsinə müraciət etmək niyyətindədirlər, çünki ədalətli araşdırmanın pozulması hallarına yol verildiyinə dair sübutları var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button