ArxivXəbər lentiXəbərlər

İran-Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri: İran və Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi 2017-ci ilin son mətbuat brifinqində İran İslam Respublikası və Azərbaycan Respublikasının əlaqələrini səmimi və inkişafda olduğunu bildirib.

İRİB-in Bakıdakı ofisinin verdiyi məlumata görə, bu mətbuat konfransında Hikmət Hacıyev iki ölkə əlaqələrini mehriban və səmimi qonşuluğa əsasən inkişafda olan təsirli əməkdaşlıq adlandırıb və Azərbaycan prezidentinin 2017-ci ildə İran, Azərbaycan və Rusiya prezidentlərinin iclasında iştirak etmək üçün Tehrana rəsmi səfərinə toxunub: Biz də 2018-ci ildə İran İslam Respublikası prezidentinin Azərbaycan Respublikasına səfərini sevinclə gözləyirik.

İran və Azərbaycan prezidentlərinin yüksək səviyyədə və çoxlu görüşləri və danışıqlarından razılıq edən Hacıyev əlavə edib: Bu görüşlər davam edir və iki ölkə prezidentləri istər ikitərəfli görüşlər, istərsə də beynəlxalq konfranslarda görüşlər çərçivəsində danışıqlar aparırlar. Bu görüşlər iki ölkənin əlaqələrinin inkişaf etməsində təsirli və təkanverici rola malikdir.

Azərbaycan Respbulikası Xarici İşlər Nazirliyinin sözçüsü gələn ilin əvvəllərində İran İslam Respublikasının prezidentinin Azərbaycan Respublikasına səfərinə toxunaraq deyib: Bu səfərdə də siyasət, iqtisadiyyat, ticarət, mədəniyyət və digər sektorlarda, o cümlədən Beynəlxalq Şimal-Cənub Dəhlizinin təkmilləşdirilməsi sahələrində iki ölkə arasında ikitərəfli əməkdaşlıqların inkişaf etdirilməsi haqda lazımi müzakirələr aparılacaq.

Hikmət Hacıyev Azərbaycan Respublikasının qonşu ölkələrlə münasibətlərini genişləndirməyə dair siyasətinə toxunub, eləcə də İran İslam Respublikası,Türkiyə, Rusiya və Gürcüstanla iki və çoxtərəfli iclasların nəticələrini açıqlayıb: 2016-cı ildə Bakıda ilk dəfə üçtərəfli zirvə toplantısının ardınca, 2017-ci ildə prezidentlər səviyyəsində İran, Rusiya və Azərbaycan dövlət başçılarının iclası Tehranda keçirildi. Bu isə regional müsbət nəticələrə malikdir.

O əlavə edib: Xarici işlər nazirləri səviyyəsində də bu ilin sonlarında, İran, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli Bakı iclası yekun bəyanatla keçirildi. Bu iclas da öz növbəsində çoxtərəfli əməkdaşlıqların inkişafında çox önəmli idi.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi sözçüsünün bu mətbuat konfransında 2017-ci ildə Azərbaycanın önəmli məsələləri haqda həyata keçirilən fəaliyyətlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq iclaslar, beynəlxalq təşkilatlar və qurumlar, eləcə də ölkəklərin Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi, həmçinin bu ölkənin müxtəlif sektorlarda, xüsusilə də enerji, nəqliyyat, iqtisadiyyat, Xəzər dənizi və terrorizmlə mübarizə sahələrində digər ölkələrlə əməkdaşlıqları açıqlanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button