ArxivNardaranXəbər lentiXəbərlər

“Nardaran işi – 2” məhkəməsində hökm oxundu

Elçin Qasımov və daha 11 nəfərin – Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub

İslamazeri.com xəbər verir ki, 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin (RPİ-nin) qarşısında yaşanmış olaylar və ardınca gerçəkləşən həbslərlə bağlı həmçinin sonradan “Müsəlman Birliyi” hərəkatı ilə bağlı əlavə ittihamlarla əlaqəli 12 nəfərə hökm oxunub.

 Hakim Mayıl Bayramov “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımova 15 il,   Ağa-Əli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Seyfəddin Şirvanov 12 il 6 ay, Fərhad Muradov 12 il 6 ay, Elgün Axundov 12 il 6 ay, Vüsal Alış 12 il 6 ay, İsa İbrahimov 12 il 6 ay, Ramil Əliyev 12 il 3 ay, Seymur Aslanov 12 il 3 ay, Əli Şahbazov 12 il 3 ay, Əmirli Əliyev 12 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button