ArxivNardaranXəbər lentiXəbərlər

`Nardaran işi`ndə vəkillər çıxış edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər – Nahid Qəhrəmanov, Ağəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə Elçin Qasımov, Seyfəddin Şirvanov, Vüsal Alış və digər bir neçə təqsirləndirilən şəxsin vəkili olan Fariz Namazlı müdafiə nitqi ilə çıxış edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxslərin barələrində bəraət hökmü çıxarılmalıdır. İclasda digər təqsirləndirilən şəxslərin də vəkilləri çıxış edib və bəraət hökmünün çıxarılmasını istəyiblər. Bununla da vəkillərin müdafiə çıxışı mərhələsi başa çatıb. Proses sabah təqsirləndirilən şəxslərin son sözləri ilə davam edəcək.

Qeyd edək ki, prokuror Elçin Qasımovun 16 il, Ağəli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il və Əmirli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button