ArxivNardaranXəbər lentiXəbərlər

“Nardaran işi-2”: Prokuror: “Elçin Qasımov və Ağaəli Yəhyayevin hər birinə 16 il…”

Nardaran hadisələrindən sonra həbs olunub, şərlənərək terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa 10-dan artıq ağır maddələrlə suçlanan daha bir qrupun bir ilə yaxındır davam edən məhkəməsi yekunlaşmaq üzrədir.
qafqaz.ir nur.az-a istinad xebere gore.Aralarında “Müsəlman Birliyi” Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımovun da olduğu 12 nəfərə prokuror ümumilikdə 166 il həbs cəzası istəyib.

Şərti olaraq, “Nardaran işi-2” adlandırılan bu məhkəmə prosesi 2017-ci ilin yanvarından başlayıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Dekabrın 15-də məhkəmədə prokuror çıxış edib. Deyib ki, təqsirləndirilən şəxslərə elan olunmuş ittihamlar məhkəmədə sübuta yetirilib. İttihama görə, onlar Azərbaycanda dövlət çevrilişinə cəhd ediblər, silah-sursat saxlayıblar.

Dövlət ittihamçısı çıxışının sonunda təqsirləndirilən şəxslərdən Elçin Qasımov və Ağaəli Yəhyayevin hər birinə 16 il, Nahid Qəhrəmanov, Ramil Əliyev, Elgün Axundov və İsa İbrahimovun hərəsinə 14 il, qalan 6 nəfərə – Vüsal Alışlı, Fərhad Muradov, Seymur Aslanov, Seyfəddin Şirvanov, Əli Şahmazov və Əmirəli Əliyevə isə 13 il həbs cəzası verilməsini təklif edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button