ArxivIslamXəbər lentiXəbərlər

Həsən Ruhani: “Qüdsü qorumağa hazırıq…”

Həsən Ruhani  İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında geniş çıxış edib.

Qafqaz mədəniyyət mərkəzi – Çıxışı zamanı “Fələstinin taleyini həll etməyə çalışırlar. Əgər bu səylər nəticə versə, sionistlər Fələstini daimi olaraq işğal  edər” deyə Həsən Ruhani bildirib.

Daha sonra bu bölgənin müsəlman, xristian və yəhudilər üçün tarixi bir yer olduğunu vurğulayan Ruhani burda yad olan sionistlərin özlərini bölgəyə yerləşdirməyə çalışdıqlarını deyib: “Sionistlər terrorizm və şiddət toxumlarını Orta Şərqdə əkənlərdir. Sonuncu yüz illiyin başından bu günə qədər bunu etdiklərini görməkdəyik”.

BMT TŞ-nin məsələ ilə bağlı lazımi tədbirlər görmədiyini söyləyən Ruhani ABŞ-ın sionist rejimi hər növ silahla təmin etdiyini də qeyd edib. Çıxışı zamanı Ruhani fikirlərinə belə davam edib:

“ABŞ təəssüflər olsun ki, uzun illərdir müzakirələrdə hakim olaraq təyin edilib və vasitəçilik üçün ABŞ-a müraciət edilir. Halbuki ABŞ heç vaxt dürüst vasitəçi olmayıb və olmayacaq da. Onsuz da Fələstin məsələsinin həllində müsbət rol oynamadılar. Göründüyü kimi ABŞ bu prosesdə maksiumum səviyyədə mənfəət əldə etməyə çalışır. Bundan başqa ABŞ fələstinlilərin qanuni tələblərini belə qorumur. Bu kimi təzyiqlər və tədbirlər qarşısında bir az dönüb keçmişdən dərs almağımız lazımdır”.

Ruhani son olaraq çıxışını bu cür bitirib:  “İran olaraq müsəlman ölkələrin hər biri ilə əməkdaşlığa hazırıq. Beləliklə, Qüdsü qorumağa hazırıq. Bu məsələdə heç bir çəkinəcəyimiz və şərtimiz yoxdur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button