ArxivIslamXəbər lentiXəbərlər

Müsəlman Birliyi Hərəkatının üzvü Binəqədi təcridxanasından “Bandotdel”ə aparılıb

Binəqədi təcridxanasında saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Emin Əliyev bir neçə gündür “Bandotdel”ə aparılıb. Bu barədə sosial şəbəkələrdə onun yaxınları məlumat yayıb

Qafqaz mədəniyyət mərkəzi – Emin Əliyev noyabrın 26-da saat 13:00 radələrində Nardaranda saxlanılıb. Həmin gün o, 26 noyabr 2015-ci ildə polis əməliyyatı zamanı öldürülən dörd nəfər yerli sakinin məzarını ziyarət etməyə gedib. Noyabrın 27-də Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb.

IslaminSesi xəbər verir ki, Emin Əliyevin hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı Rakurs TV-ə bu iddiaları təsdiqləyib.

Namazlının sözlərinə görə, dekabrın 12-i Emin Əliyevlə görüşmək üçün getdiyi Binəqədidə yerləşən inzibati həbs olunanların saxlanma yerində ona adıçəkilən şəxsin hazırda təcridxanada olmadığı deyilib vә Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə getməsi mәslәhәt görülüb:

“Bu gün Binəqədidə yerləşən inzibati həbs olunanların müvəqqəti saxlanma yerinə getdim. Qapıda dedilər ki, təcridxanada təmir-bərpa işləri getdiyi üçün dustaqların bir qismi qeydiyyatda olduqları rayonlar üzrə polis idarələrinə göndərilib. Emin Əliyevlə görüşmək üçün isə “Bandotdel”ə getməyimi məsləhət gördülər”.

Vəkil bildirib ki, daha sonra Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinә gedib, orada isә ona heç bir məlumat verə bilməyəcəklərini deyiblər.

F.Namazlı DİN-ə məktub ünvanlayacağını və Ombudsmana müraciət edəcəyini bildirib.

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə və hərəkatın onlarla üzvü həbsdədir. Onların əksəriyyəti barəsində cinayət işi başlanıb, uzunmüddətli həbsə məhkum ediliblər. Bəzilərinə isə polisin tələbinə tabe olmamaq ittihamı ilə sutkalıq inzibati həbs cəzaları verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button