ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycan xalqının qəhrəman oğlu Hacı Mövsüm Səmədov – Video

Nə qədər ki, Mövsüm Səmədov kimi imanlı, vicdanlı və qeyrətli Azərbaycan oğulları var, xalqın zülmə qarşı müqaviməti də var olacaq!

Qafqaz.ir-Azərbaycan İslam Partiayasının (AİP) sədri Mövsüm Səmədov Azərbaycandakı ədalətsizliyə etiraz etdiyinə görə şərlənərək həbs edilib. Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə Azərbaycan İslam Partiyasının Baş Məclisinin toplantısında insan hüquqları, korrupsiya və rüşvət halları, Qarabağ probleminin həlli, İslama və İslamçılara təzyiq, hicab qadağası, İslamofobiya ilə bağlı hakimiyyətin siyasətini tənqid etdikdən 5 gün sonra: 7 yanvar 2011-ci ildə işdən evə qayıdarkən yol-hərəkət qaydalarını pozması iddiası ilə saxlanılıb və polisə tabe olmamaqda təqsirli bilinərək 13 sutka inzibati həbsə məhkum edilib.

13 sutkalıq həbs cəzası 20 yanvar 2011-ci il tarixində bitib və bu müddətdə o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıb. 20 yanvar 2011-ci ildə M. Səmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1; 214.2.3; 228.3 və 278 maddələri üzrə ittiham irəli sürülüb və Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib. AİP M. Səmədovun həbsini onun 2 yanvar 2011-ci ildə Azərbaycan hökumətinə qarşı etdiyi çıxışı ilə əlaqələndirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2011-ci il tarixli qərarı ilə M. Səmədov ittiham olunduğu müddəalar üzrə 12 il azadlıqdan məhrum edilib.

“Qaim TV”nin Mövsüm Səmədov barədə hazırladığı filmi təqdim edirik:

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button