ArxivIslamXəbər lentiXəbərlər

Əli Laricani: “İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri göstərir”

İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri göstərir.

qafqaz.ir apa-dan aldiyi   məlumatına görə,  bunu İran parlamentinin sədri Əli Laricani İran-Ermənistan parlamentlərarası Dostluq Qrupunun Ermənistandan olan nümayəndə heyəti ilə keçirdiyi görüşdə bildirib.

“Düşünürük ki, münaqişələrin həlli üçün ən yaxşı yol siyasi danışıqlar və müzakirə yoludur. Bu problemin sülh və dostluqla başa çatacağına ümid edirik. Ona görə ki, bölgədə kifayət qədər münaqişə və gərginlik mövcuddur.  Yeni  qarşıdurma yaratmaq heç bir ölkənin xeyrinə deyil”, deyə Ə. Laricani bildirib.

Ə.Laricani qeyd edib ki, İran dostluq əli uzatdığı ölkə ilə axıradək dostluq yolunu davam etdirir  və bəzi ölkələr kimi  qəfildən dəyişmir: “Necə ki, İraqSuriya bunun aşkar nümunəsidir. Həmin ölkələrdə terrorizm böhranı yaşanırdı və biz sonadək onların yanında olduq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button