ArxivXəbər lentiXəbərlər

Rusiyalı ekspert İsraillə İŞİD-in əlaqəsindən danışdı

Rusiyalı ekspert Vladislav Şuriqin İŞİD-lə İsrailin əlaqələrindən danışıb.

Qafqaz mədəniyyət mərkəzi – Rusiyalı ekspert yazır ki, İŞİD terrorçuları yarandığı gündən özünün əqidəsində olmayan hər kəsi qəti düşmən adlandırsa da bir dəfə də olsun İsrailə hücum etməyib. İsrailin addımı isə daha da müəmmalıdır.

Belə ki, İsrail daim İŞİD terrorçularına düşmən olan qüvvələrə zərbələr endirir. Bunlar Livanın “Hizbullah” hərəkatı və Suriya ordusudur. Baxmayaraq ki, terrorçular birbaşa İsrail yaxınlığındadır və onlara zərbələr endirilmir.

Şuriqinin fikirinə görə, İsrail İŞİD-in Suriyada terrorçuluq fəaliyyətində maraqlıdır. Bəlkə də “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə onları təchiz də edir.

“İsrail bu gün İŞİD və digər terroçuların öz sərhədlərindəki əməliyyatlarını müşahidə edir və terrorçulara qarşı heç bir beynəlxalq koalisiyada iştirak  etmir”, – deyə Şuriqin qeyd edib.

“Izoborsk Klubu”nun eksperti hesab edir ki, İraq və Liviyada təmizləmə əməliyyatlarının əvvəlki təcrübəsi nəticəsində iki ölkə xaos məkanına çevrildi və İsrail və ABŞ-ın istifadə etdiyi metodların effektivliyini göstərdi.

“Buna görə İsrail, Səudiyyə Ərəbistanı və Qətər “İslam Dövləti” terrorçulardan qorxmur. Bu ölkələr Suriya, Rusiya və İran tərəfindən terrorçulara qarşı apardığı mübarizəyə maneə törətmək üçün hər cür səy göstərməkdədirlər”, – deyə rusiyalı ekspert vurğulayıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button