ArxivXəbər lentiXəbərlər

Azərbaycan prezidenti və iranlı nazir Bakutel sərgisi ilə yaxından tanış olublar

Azərbaycan Respublikası prezidenti İlham Əliyev və İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi XXIII Beynəlxalq Bakutel sərgisi və bu sərgidə iranlı şirkətlərin pavilyonu ilə yaxından tanış olublar.

İRİB-in məlumatına görə, Azərbaycan prezidenti 20 ölkədən 192 şirkətin iştirakı ilə keçirilən bu sərgidə İran pavilyonları ilə yaxından tanış olub. İlham Əliyev İran pavilyonlarında olarkən İranın rabitə və informasiya texnologiyaları nazirinin bu sərgidə iştirak edən iranlı şirkətlərin fəaliyyəti və funksiyası haqda məlumatı ilə tanış olub.

Məhəmməd Cavad Azəri Cəhromi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin rabitə və informasiya texnologiyaları nazirlərinin 2-ci iclasında iştirak etmək məqsədilə Bakıda səfərdədir.

XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi – “Bakutel-2017” bu gün çərşənbə axşamı günündən Azərbaycan paytaxtı Bakı şəhərində işə balayıb və cümə gününə qədər davam edəcək.

Bu sərgidə İƏT-ə üzv 10 ölkənin şirkətlərindən əlavə, ABŞ, Kanada, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveçrə, Hollandiya və bir neçə başqa ölkə rabitə və informasiya texnologiyaları sahəsindəki nailiyyətlərini sərgiləyirlər.

İran, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatının 10 üzvüdür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button