ArxivXəbər lentiXəbərlər

İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycan Respublikası prezidenti ilə görüşüb

İqtisadi Əməkdaşlıq Təşkilatına(EKO) üzv ölkələrin rabitə və informasiya texnologiyaları nazirlərinin ikinci iclasında iştirak etmək üçün Bakıda səfərdə olan İran İslam Respublikası rabitə və informasiya texnologiyaları naziri Azərbaycan Respublikası prezidenti ilə görüşüb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Məhəmməd Cavad Azəri Cəhrominin Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşündə Rəşt-Astara dəmiryolu, əczaçılıq və Avtomobilqayırma zavodları kimi iki ölkə arasında müştərək layihələrin icrası prossesindən əlavə, rabitə və informasiya sahəsində də qarşılıqlı əməkdaşlıqlar müzakirə edilib.

İranlı nazir bu görüşdən razı qaldığını bildirərək İRİB müxbirinə deyib: Bu görüşdə informasiya texnologiyaları sahəsində dünya ölkələrində dicital iqtisadiyyatın inkişaf etdirilməsi qarşısında yaranmış misilsiz fürsətlərə və iki ölkə arasında mümkün əməkdaşlıqlara toxunulub və qərara qlınıb ki, iki ölkə arasında dicital iqtisadiyyat sahəsində fəaliyyətlərin genişləndirilməsi istiqamətində anlaşma sənədi hazırlansın və tranzit və poçt sahələrində movcud anlaşma sənədlərinin icrası iki ölkə iqtisadiyyatına səmərəlilik əsasında ciddi şəkildə diqqətdə saxlanılsın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button