ArxivIslamXəbər lentiXəbərlər

Bu gün Məhəmməd peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud günüdür

Hicri-qəməri tarixi ilə bu gün rəbiul-əvvəl ayının 17-si Həzrət Məhəmməd peyğəmbərin (s) və altıncı imam Həzrət İmam Cəfər Sadiqin (ə) doğum gününə təsadüf edir.

İslamazeri.com xəbər verir ki, Məhəmməd peyğəmbərin (s) doğum günü miladi tarixi ilə 570-ci ilə, o zamankı yerli təqvimə əsasən “Fil ili”nin rəbiul-əvvəl ayına təsadüf edir. Məhəmməd peyğəmbərin dünyaya göz açmasının cümə gününə təsadüf etməsi qətiləşsə də, onun rəbiul-əvvəlin neçəsində doğulduğu qətiləşməyib. İslam alimləri əsasən 12 və 17 rəbiul-əvvəli daha güclü versiya kimi dəyərləndirirlər.

Məhəmməd peyğəmbər (s) doğulan zaman artıq atası Abdullah ibn Əbdül-müttəlib dünyadan getmişdi. Yetim Məhəmməd 6 yaşında ikən anası Aminəni də itirir. Onun qəyyumluğunu babası, daha sonra isə əmisi Əbu-Talib öhdəsinə götürür.

Cahiliyyətin və nadanlığın hökm sürdüyü Məkkədə gününü çobanlıqla, az qismini ticarətlə keçirmiş Məhəmmədə vəhyin nazil olması ərəb əyanlarını həsədə və paxıllığa düçar edirdi. Onlar, ümumiyyətlə, peyğəmbərliyin əyanlara məxsus olduğu iddiasında idilər. Lakin uca Allahın hikməti belə tələb edirdi ki, sonuncu səmavi dinini ehtiva edən, qeybdən və gələcəkdən xəbər verən ilahi vəhy, məktəb, müəllim, yazma, oxuma bilməyən, olduğu cəmiyyətdə düzgün, dürüst və əmanətdar kimi tanınan birinə verilsin. Bu şərtlərin hamısı yalnız gənc Məhəmməddə cəmləşirdi. Məhz bu səbəbdən idi ki, bütpərəstlər Məhəmmədi “sən bu Quranı özün yazmısan”, “sən özün bunları bilirsən” deməklə ittiham edə bilmirdilər.

Bu gün Azərbaycan da daxil olmaqla bir çox dünya ölkələrində Həzrət Məhəmməd (s) peyğəmbər və altıncı imamın doğum günü ilə bağlı tədbirlər keçirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button