ArxivQadin və hicabXəbər lentiXəbərlər

Müsəlman polis qadın hicab geyə biləcək – Hollandiyada

Niderlandda hüquq-mühafizə orqanlarında çalışan müsəlman qadınlar hicab geymək hüququna malikdirlər

İslamazeri.com “islam-today”-ə istinadən xəbər verir ki, müvafiq qərar, ölkənin İnsan Hüquqları Komissiyası tərəfindən qəbul edilib. Komissiya hüquq mühafizə orqanlarında müsəlman xanımların başörtüsünün qadağan olmasını ayrı-seçkilik hesab edib.
Xatırladaq ki, Hollandiya qanunlarına əsasən, hüquq-mühafizə orqanlarına polis forması ilə yanaşı xidmətdə dini rəmzləri taxmaq qadağandır.
Buna görə polisdə işləyən müsəlman qadınlar isə adi paltarlarla xidmət edirlər. Bu isə onların karierasına əhəmiyyətli dərəcədə təsir edir.
Qeyd edək ki, polis forması ilə bərabər hicab geyilməsinə icazə verən qərar bütün polis əməkdaşlarına deyil, yalnız Komissiyaya şikayət verən Rotterdamlı Sara İzata şamil edilib.
Ancaq bunun gələcəkdə qanuna dəyişiklik üçün zəmin yarada biləcəyi də istisna olunmur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button