ArxivXəbər lentiXəbərlər

Fransa səfiri Azərbaycan XİN-ə çağırtdırıldı

Fransanın Azərbaycan Respublikasındakı səfiri qondarma “Dağlıq Qarabağ Respublikası” “başçısı”nın Fransaya son səfərinə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyinə çağırtdırılıb.

AzərTac rəsmi informasiya agentliyinin məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çərşənbə axşamı günü deyib: Bu ölkə Fransa səfirinə “DQR”-nin “başçısı” Bako Saakyanın Parisə səfər etməsinə sərt etirazını bildirib. 

O əlavə edib: Belə davranışlar Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə mane olur. 

Hacıyev deyib: Təəssüflər olsun ki, Fransa Saakyanın Şingen vizası qaydalarının ciddi şəkildə pozulması sayılan Ermənistanın diplomatik pasportu ilə səfərinin qarşısını almayıb və belə mövqe ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədrlərindən biri olaraq Fransanın öhdəliklərinə ziddir. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button