ArxivXəbər lentiXəbərlər

Son dörd ildə Azərbaycanda ÜDM 23 milyard dollar azalıb

2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə 56 milyard 481.5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

ÜDM istehsalının 40.2 faizi sənayenin, 10.2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8.8 faizi tikintinin, 6.9 faizi nəqliyyat, anbar təsərrüfatı, 5.8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşür.

Habelə, 2.4 faizi turistlərin yerləşdirilməsi, ictimai iaşə, 1.7 faizi informasiya, rabitə sahələri, 16.7 faizi də digər sahələrə aiddir. Məhsula və idxala xalis vergilər ÜDM-nin 7.3 faizini təşkil edib.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunan əlavə dəyər əvvəlki ilin eyni dövrünə nisbətən 2.1 faiz artıb, neft bölməsində isə 6 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 806.7 manata bərabər olub.

Son illər Azərbaycanda ÜDM-də azalma prosesi gedir. Ötən il ölkədə ÜDM 4 faizə yaxın azalmışdı.

Qeyd etmək lazımdır ki, 2013-cü ilin yanvar-oktyabr aylarında ÜDM 56 milyard dollar olub.2017- ci ilin analoji döründə 56 milyard manat təşkil edib. Bu rəqəm dollara çevrildikdə cəmi 33 milyard dollar edir. Son dörd il ərzində ÜDM-də azalmanın 23 milyard təşkil etdiyi bəlli olur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button