ArxivIslamXəbər lentiXəbərlər

“Zindandakı təbib” sənədli filmi ilk dəfə ekranlara çıxır

Tanınmış ruhani, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının həbsdəki sədri Mövsüm Səmədovun həyat yolu və ictimai-siyasi fəaliyyətini əks etdirən yeni sənədli film izləyicilərin ixtiyarına veriləcək. İlk dəfə yayınlanacaq və 3 bölümdən ibarət film “Zindandakı təbib” adlanır. 

Sənədli filmin ilk bölümü bazar günü, noyabrın 19-u Azərbaycan saatı ilə 21.00-da “Kudüs TV”-də mavi ekranlara çıxacaq. Filmin növbəti 2 bölümü eyni saatlarda 26 noyabr və 03 dekabr tarixlərində (bazar günlərində) yayınlanacaq. 

Filmdə Mövsüm Səmədovun ailə üzvlərinin, yaxın qohumları və uşaqlıq dostlarının, eləcə də sədri olduğu partiyadaşlarının, həmçinin ruhani həmkarının və vəkilinin onun barəsindəki fikirləri yer alıb. Filmdə həmçinin Dr.Səmədovun Milli Azadlıq Hərəkatı dövründən günümüzədək ölkə həyatında oynadığı rola, yayınlanmamış müsahibəsinə və həbsinə səbəb kimi göstərilmiş çıxışına yer verilib.

 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button