ArxivXəbər lentiXəbərlər

İranda zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb, 1600-dən çox adam xəsarət alıb – Fotolar

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb.

Bu barədə qafqaz.ir  “Press TV”yə istinadən xəbər verilir.

Kirmanşah şəhərinin Səhiyyə idarəsinin məlumatına görə, dağıntılar altından 207 nəfərin meyiti çıxarılıb.

Eyni zamanda, 1600-dən çox adamın xəsarət aldığı bildirilir.


***09:22

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb.

AFP-yə istinadən xəbər verilir ki, təbii fəlakət nəticəsində 1600 nəfər xəsarət alıb.


***05:55

Ötən gün axşam saatlarında İran və İraq sərhədində baş vermiş 7,2 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb, yaralıların sayı isə min nəfəri ötüb.

Bu barədə İranın Mülki Müdafiə Xidmətinə istinadən “Fars News Agency” məlumat yayıb.

Zəlzələ nəticəsində İraqda 6 nəfərin öldüyü bildirilir.


***04:15

Bakı. 13 noyabr. Noyabrın 12-də İran və İraq sərhədində baş verən 7,2 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfəri, yaralıların sayı isə min nəfəri ötüb.

Bu barədə yerli xilasetmə xidmətlərinin məlumatında qeyd olunur.

Böhran Mərkəzinin məlumatına görə, təbii fəlakət nəticəsində əsas zərbə İranın qərbində yerləşən Kermanşah və İlam əyalətlərinə dəyib.

İran prezidenti Həsən Ruhani zəlzələ nəticəsində bütün zərərçəkənlərə lazımi yardımın göstərilməsi barədə göstəriş verib. Hadisə yerində Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinin yerli bürosunun əməkdaşları işləyir.

Qeyd olunur ki, əsas yeraltı təkanlardan sonra 3,6-dan 4,7 maqnitudaya qədər daha 12 təkrar təkan baş verib.

Zəlzələ nəticəsində həmçinin İraqda 1 nəfərin öldüyü və 100-ə yaxın insanın yaralandığı bildirilir.

Yeraltı təkanlar Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında da hiss olunub.


***03:33

Ötən gün İran-İraq sərhədində baş verən 7,2 maqnituda gücündə zəlzələ nəticəsində İslam Respublikasının Kermanşah əyalətində ölənlərin sayı 81 nəfərə çatıb.

Bu barədə yerli “Fars News Agency” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, təbii fəlakət nəticəsində min nəfərə yaxn insan xəsarət alıb.


***02:30

Bazar günü İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində İslam Respublikasının Kermanşah əyalətində azı 60 nəfər həyatını itirib.

Bu barədə yerli “Fars News Agency” agentliyi məlumat yayıb.

Həmçinin qeyd olunur ki, təbii fəlakət nəticəsində daha 300 nəfər yaralanıb.


***00:03

Bazar günü İran və İraq sərhədində baş verən 7,2 maqnituda gücündə zəlzələ nəticəsində İslam Respublikasının Süleymaniyyə vilayətinin Darbandihan şəhərində azı 6 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

Bu barədə “Russian Today” nəşri yazıb.

Yeraltı təkanlar Küveytdə, həmçinin Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında hiss olunub.


***22:49

İran-İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanların ocağı yerin 10 kilometr dərinliyində olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button