ArxivIslamXəbər lentiXəbərlər

İraq çöllərində başsız qalan 300-ə yaxın azərbaycanlı zəvvarın problemi həll olunub – YENİLƏNİB

FaktXeber.com-un avtobusda olan zəvvarlardan aldığı məlumata görə, problem artıq həll olunub. Avtobus artıq Bakıya yola düşüb.

“Azərbaycanda zəvvarlardan 250$ pul yığaraq Kərbəlaya Ərbəinə (imamın qırxına ) aparan Təvəkkül Həsənov adlı şəxs zəvvarların pulunu mənimsəyib”. FaktXeber.com-un məlumatına görə bu barədə hazırda Kərbəlada olan Amid Boradigahi özünün Facebook səhifəsində paylaşdığı statusunda deyir. Onun sözlərinə görə, Təvəkkül Həsənov Kərbəlaya apardığı zəvvarların nə otel pulunu, nə sürücülərin pulunu verib, nə də heç bir xidmət göstərmədən zəvvarları başsız qoyub.

Amid Boradigahi vurğulayıb ki, bu məsələdə təkcə Təvəkkül deyil, bir neçə nəfər iştirak edib.

“Jurnalistlərdən xaiş edirik ki, Kərbəla zəvvarlarının bu məsələsini  öz saytlarında ictimaiyyətləşdirsinlər.Bu cür alçaqları hər kəs tanısın….”, – deyə o statusunda bildirib.

Bildirilir ki, zəvvarlar hazırda İraqın sərhəddində çarəsiz qalıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button