ArxivXəbər lentiXəbərlər

“İraqda kimsəsizlər evində olan 20-dək azərbaycanlı uşaq Bakıya göndəriləcək”

“İraqda kimsəsizlər evində qalan 20-ə yaxın azərbaycanlı uşaq yaxın günlərdə Azərbaycana göndəriləcək”. Bunu APA-ya açıqlamasında Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib.

Qafqaz mədəniyyət mərkəzi – Onun sözlərinə görə, uşaqların Azərbaycanda qohumlarının olub-olmadıqlarına dair hələ məlumat yoxdur: “Həmin uşaqlarla görüşmüşük. Yaxın günlərdə onları ölkəmizə göndərəcəyik”.

 İraqda İŞİD-lə əlaqədə ittiham olunan 200 azərbaycanlı qadının həbs edilməsi xəbərlərinə gəldikdə isə R. Qafarov qeyd edib ki, İraqdakı nümayəndəliyimiz Xarici İşlər Nazirliyi və İraqın yerli qurumları ilə bu məsələyə dair birgə işləyir və məsələnin müsbət həlli üçün çalışır.

 

Qeyd edək ki, iraqlı deputat Vian Dahil şəxsi “Twitter” səhifəsində hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bəyan edib. Deputatın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı açıqlamada qeyd edilib ki, bu kimi məlumatlar yeni deyil. Faktlar araşdırılır və öyrənilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button