ArxivXəbər lentiXəbərlər

Hüseyn (ə) ərbəini dünyanın ən böyük dini-siyasi toplantısıdır

Rusiya Şiələri Birliyinin rəhbəri Hüseyn (ə) ərbəinini İslam İnqilabı və əsil Məhəmməd (s.ə.s) islamına yeni ruh bəxş edən dünyanın ən böyük dini-siyasi toplantısı adlandırıb.

Rusiya Şiələri Birliyinin rəhbəri Nizami Baloğlanov cümə axşamı günü Moskvada İRNA müxbirinə verdiyi müsahibədə deyib: İslam dünyasının birlik sədası Nəcəf və Kərbəla kimi müqəddəs məkanlardan eşidilir və islam ölkələrinin rəhbərləri bu fürsətdən birliyi gücləndirmək və ixtilafları aradan qaldırmaq üçün istifadə etməlidirlər. 

Rusiya Şiələri Birliyinin rəhbəri əlavə edib: İran bu gün Seyyidüş-Şühəda (ə) qiyamının bayraqdarıdır və İslam İnqilabının dahi rəhbəri İmam Xomeyninin (rə) islam ümmətinin birliyi və müsəlmanların mənafeyini dəstəkləmək üzrə hərəkatın yaranması ilə əlaqədar səyləri alqışalayiqdir və digər islam ölkələri üçün örnəkdir. 

Rusiya Şiələri Birliyi rəhbərinin sözlərinə görə, bu il İran İslam Respublikası və İraqın böyük proqramları ilə Hüseyn (ə) ərbəini yürüşü ötən illərdən daha möhtəşəm şəkildə keçirilir. 

Baloğlanov həmçinin deyib: Bu il Hüseyn (ə) ərbəini elə bir halda keçirilir ki, ABŞ və regional müttəfiqləri tərəfindən islam dünyasına zərbə vurmaq üçün təşkil olunan İŞİD terror qruplaşması ağır məğlubiyyətə uğrayıb və bu qruplaşmanın İraq və Suriyadakı qalan son terrorçuları da məhv edilirlər. 

Bu gün 20 səfər 1439-cu hicri qəməri ili, 9 noyabr 2017-ci il dünya şiələrinin üçüncü imamı, şəhidlər sərvəri Həzrət İmam Hüseynin (ə) şəhid olmasının 40-cı gününün ildönümü günüdür. 

İraq və digər ölkələr, o cümlədən İrandan milyonlarla zəvvar hər il İmam Hüseyn (ə) ərbəini mərasimində iştirak etmək üçün İraqın cənubunda yerləşən Kərbəlaya yollanır. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button