ArxivXəbər lentiXəbərlər

Siyavuş Novruzov üsyan etdi: “Deputatların maaşı artmalıdır”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov parlament komitələrinin birgə iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib ki, deputatların maaşı azlıq edir.

Deputat Milli Məclis üzvlərinin maaşını rayon prokurorunun və polis rəisinin əmək haqqısı ilə müqayisə edib və deyib ki, deputatlar daha az maaş alır: “Əksər işləri Milli Məclis həyata keçirir. Həmçinin burada bizdən çox işləyən əməkdaşlar var. Onların əmək haqqı artırılmalıdır.

Parlamentin illik büdcəsi heç bir rayonun büdcəsi qədər də deyil. Belə yanaşmaq olmaz. Axı bu gün qaçan da, qovan da Milli Məclisə üz tutur. Bu gün Milli Məclis yeganə qurumdur ki, bütün problemlərə sinə gərir. İstər xarci ölkələr, beynəlxalq təşkilatlar olsun, istərsə də daxildə vətəndaşların problemi olsun”.

Siyavuş Novruzov deyib ki, parlamentin 50 ölkə ilə dostluq qrupu var, heç olmasa bu qruplarla iş aparmaq üçün ildə və yaxud 3 ildən bir görüş keçirilməlidir.

“Xarici dostluq qruplarına Azərbaycan haqqında məlumat verməliyik ya yox? Bu gün ölkəyə qonaqlar dəvət edilir. Səfərlər olur. Beynəlxaql təşkialtlarda Azərbaycana qarşı hücumların qarşısında deputatalar dayandığı halda, onların niyə maaşı artırılmır?”.

S.Novruzov deyib ki, bütün yük deputatların üzərinə düşür, odur ki, deputatların və eyni zamanda parlamentin strukturunda çalışanların maaşı qaldırılmalıdır.

Qeyd edək ki, Milli Məclisin deputatları 1500 manat, Siyavuş Novruzov kimi komitə sədrləri isə 2000 manat maaş alırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button